Həkim qorxu içindədir
Şəymən Bayramova
09:03 17.07.2020
Cəmiyyət
852
Hələ koronavirusdan canımızı qurtarmamışıq
"Bir həkim olaraq bu qədər insanın bir araya gəlməsi, maskasız, məsafəsiz qol-boyun yürüş etməsi çox qorxuludur"
Bakıda keçirilən orduya dəstək yürüşlərindən sonra ölkədə koronavirusa yoluxanların sayının artacağı ilə bağlı müxtəlif fikirlər var.
Yürüşdən sonra pandemiya ilə bağlı vəziyyətin nəzarətdən çıxacağına dair öz narahatlıqlarını ifadə edən həkimlər hesab edir ki, o böyüklükdə izdihamdan sonra Bakıda karantin qaydalarını sərtləşdirməyin elə bir əhəmiyyəti qalmır...
İctimaiyyət üzvləri isə hesab edir ki, yoluxma ehtimalına rəğmən insanların öz həyatını, sağlamlığını nəzərə almadan o yürüşlərə qoşulub, ordumuzun yanında olduğunu göstərməsi əsl vətəndaşlıq nümunəsidir. Arqumentlərdən biri də emosional vəziyyətdə insanların müqavimət gücünün artması səbəbindən koronavirusa yoluxma ehtimalının aşağı düşməsi ilə bağlıdır.
Kardioloq Günay Rəhimova "Şərq"ə açıqlamasında orduya dəstək aksiyası ilə bağlı ikili hisslər yaşadığını deyib:
"Vətəndaşların kütləvi şəkildə şəhid generalın yaşadığı ünvana toplaşması, Qarabağla, millətin taleyi ilə bağlı yürüş keçirməsi qürurvericidir. İnsanlarda milli ruhun, vətənvərpərlik duyğularının bu qədər yüksək olması bir vətəndaş kimi məni çox sevindirir. Amma bir həkim olaraq bu qədər insanın bir araya gəlməsi, maskasız, məsafəsiz qol-boyun yürüş etməsi çox qorxuludur.
Onsuz da son vaxtlar koronavirusa yoluxma sayı ürəkaçan deyil. Sərt karantin tədbirlərinə rəğmən statistik göstəricilər 550-nin üzərindədir. Aksiyadan sonra pandemiyanın yayılma arealının genişlənmə ehtimalı məni çox düşündürür.
Lakin içimdə bir ümid də var. Xatırlayırsınızsa, pandemiyanın tüğyan etdiyi bir mərhələdə Rusiyada hərbi parad keçirildi və yaşanan o cür izdihamdan sonra yoluxma sayında ciddi bir artım müşahidə edilmədi.
Bir yandan da səhiyyənin imkanları baxımından Azərbaycanı Rusiya ilə müqayisə edəndə qorxularım yenidən baş qaldırır. Rusiya xəstəxanaları daha böyük, tibbi personalları bizimlə müqayisədə çoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm