Dövlətin hər zaman qayğı göstərdiyi səhiyyə sektoru və tibb işçiləri bütün dünyanı cənginə almış bu bəladan daha az zərərlə çıxmağımız üçün bacardıqlarını etdilər. Bugün də tibb işçiləri canla-başla çalışır, günlərlə evlərinə getmir, ailələrindən uzaq qalırlar. Əlbəttə, həkimlərimizin bu cür fədakarlığı, canlarını heçə sayaraq insanlıq üçün çalışmaları hər bir fərd tərəfindən yüksək qiymətləndirilməlidir.
“Həkimlərimizin fədakarlığı tarixə düşəcək”
Turan
14:01 16.06.2020
Cəmiyyət
930
“İllər sonra da xalqımız tərəfindən məmnunluqla xatırlanacaq”
“Tibb işçiləri həyatlarını riskə ataraq böyük fədakarlıq göstərirlər”
17 iyun tibb işçilərinin peşə bayramı günüdür. Məlumdur ki, tibb işçiləri koronavirus pandemiyası günlərində peşəkar və fədakar fəaliyyət göstərən bir neçə peşə sahiblərindən biri, daha doğrusu ən birincisidir. Ümumən, bu pandemiya dövründə Azərbaycan səhiyyəsi yaxşı mənada nəyə qadir olduğunu göstərdi.
Dövlətin hər zaman qayğı göstərdiyi səhiyyə sektoru və tibb işçiləri bütün dünyanı cənginə almış bu bəladan daha az zərərlə çıxmağımız üçün bacardıqlarını etdilər. Bugün də tibb işçiləri canla-başla çalışır, günlərlə evlərinə getmir, ailələrindən uzaq qalırlar. Əlbəttə, həkimlərimizin bu cür fədakarlığı, canlarını heçə sayaraq insanlıq üçün çalışmaları hər bir fərd tərəfindən yüksək qiymətləndirilməlidir.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Sherg.az”a açıqlamasında deyib ki, koronavirus pandemiyasının sürətlə yayıldığı və bütün dünyanı təhdid etdiyi dönəmlərdə dünyanın heç bir ölkəsinin səhiyyəsi bu vəziyyətə hazır deyildi. İctimai fəalın sözlərinə görə, hətta dünyanın ən inkişaf etmiş sosial ölkələrinin səhiyyəsi belə koronavirusla mübarizədə iflic vəziyyətə düşmüşdü:
“Koronavirusla mübarizə dünyanın qarşılaşmadığı bir təcrübə idi. Xəstə sayının sürətlə artması xəstəxanalarda sıxlığın yaranmasına və onlara xidmət göstərəcək tibbi personalın sayının azalmasına gətirib çıxardı. Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, koronavirusla mübarizədə dünya üçün örnək ola bildi. İnkişaf etmiş dövlətlərlə müqayisədə Azərbaycanın pandemiyadan daha az zərərlə çıxması şübhəsiz ki, dövlətin atdığı operativ addımlar, eyni zamanda həkimlərimizin yüksək fədakarlığı hesabına baş tutdu. Bir çox həkimlərimiz özləri könüllü müraciət edərək pandemiyaya qarşı mübarizədə rol oynamaq istədiklərini ifadə ediblər. Belə bir təşəbbüs dünyanın çox az ölkəsində rast gəlinən nümunədir”.
F.Şahbazlı qeyd edib ki, tibb işçiləri həyatlarını riskə ataraq böyük fədakarlıq göstərirlər:
“Öz gələcəklərini təhlükə altında qoyaraq, gecə-gündüz çalışırlar. Qapalı, hava keçirməyən xüsusi paltarların narahatlığına dözürlər. İstirahət etmədən öz vəzifələrinin başındadırlar və əsl qəhrəmanlıq nümayiş etdirirlər. Hazırda ölüm-dirim mübarizəsi gedir. Əfsuslar olsun ki, bəzi məsuliyyətsiz insanlara görə, yoluxanların sayı artır və xəstəxanalarda yer tapılmır. Həkimlərimizin və polislərimizin fədakar əməyi olmasaydı, Azərbaycanda vəziyyət həqiqətən pis ola bilərdi. Ancaq dövlətimizin operativ imkanları, yaratdığı şərait və həkimlərimizin xidməti sayəsində mənzərə o qədər də ciddi deyil. Hətta bir çox ölkələrlə müqayisədə daha yaxşıdır. Qəhrəman həkimlərimiz hörmət və ehtirama layiqdirlər. Onların bu fədakarlığı tarixə keçəcək və illər sonra da xalqımız tərəfindən məmnunluqla xatırlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya