Hələ ki, 100 faiz nəticə verən preparatlar aşkarlanmayıb
Məlahət Rzayeva
08:39 18.06.2020
Cəmiyyət
740
Ancaq koronavirusun müalicəsi nə qədər erkən aparılsa, effektiv olacaq
Covid-19-a tutulan xəstələrin həyatını qurtaran dərman xeyli ucuzdur. Dərman, tənəffüs cihazına bağlı xəstələrin ölüm riskini üçdə bir nisbətində azaldır. BBC koronavirus epidemiyasında xəstələrin həyatını qurtaran dərmanın tapıldığını dünyaya "son dəqiqə" koduyla eşitdirib.
Xeyli ucuz olan və asan tapılan Deksametazon (Dexamethasone) adlı dərman, Covid-19-u ağır şəkildə keçirən xəstələrin müalicəsində istifadə edilib.
BBC-yə danışan mütəxəssislər, dərmanın bir cığır açacağını və aşağı dozalı steroid müalicəsinin ölümcül Covid-19 virusuyla mübarizədə əhəmiyyətli bir rol oynaya biləcəyini ifadə edib.
Dərman, tənəffüs cihazına bağlı olan xəstələrin ölüm nisbətini üçdə bir nisbətində azaldır. Oksigen verilməsi halında isə, bu nisbət beşdə birə çıxır. Məlumatlara görə, koronavirusa yoluxan hər 20 xəstənin 19-u xəstəxanaya gəlmədən yaxşılaşır. Xəstəxanaya qaldırılan xəstələrin böyük əksəriyyəti də sağlamlığına qovuşur.
Dərmanı istifadə edildikdən sonra ventilatör istifadə edən xəstələr üçün ölüm riskinin yüzdə 40-dan yüzdə 28-ə düşdüyü müşahidə edilib. Oksigenə ehtiyac duyan xəstələr üçün ölüm riski yüzdə 25-dən yüzdə 20-yə düşüb.
İngiltərə səhiyyə naziri Matt Hancock, bu gündən etibarən Covid-19 xəstələrinə Deksametazon verilməyə başlanacağını və əllərində 200 min ədəd bu dərmandan olduğunu bildirib.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Şərq”ə açıqlamasında koronavirus pandemiyası başlanandan bugünədək müxtəlif dərman preparatlarının effekti barədə açıqlamalar olduğunu dedi:
- COVİD-19-la bağlı Dünya Səhiyyə Təşkilatının dünyanın müxtəlif elm ocaqlarının aparıcı mütəxəssislərinin iştirakı ilə hazırladığı geniş elmi təlimat var. İndiyədək müxtəlif dərman preparatlarının koronavirusla mübarizədə effektivliyi yoxlanıb, təcrübədən keçirilib, lakin bu virusu 100 faiz məhv edə bilən preparat hələ də tapılmayıb. Yəni, xəstəliyi tam müalicə edəcək preparat yoxdur. COVİD-19 atipik pnevmaniyadır. Virusa yoluxanlarda ağ ciyərin zədələnməsi baş verir.
İmmun sistem zəifləyir və orqanizmin virusa qalib gəlməsi çətinləşir. “Deksametazon” (Dexamethasone) steroid tərkiblidi, bronxospazm kimi bir çox iltihabi xəstəliklərdə istifadə olunur. İltihab əleyhinə dərmandır. Amma “Deksametazon”dan əvvəl “Prednizalon” preparatının və başqa neçə-neçə dərman preparatlarının da adı çəkilib.
Amma bu dərmanların heç biri COVİD-19-un müalicəsində 100 faizli nəticə hesab edilmir. Belə preparatların xəstəliyin müalicəsində rolu real görünmür. COVİD-19-a yoluxmuş şəxslərin simptomatik müalicəsi aparılır.
COVİD-19-la mübarizədə əsas amil xəstəliyin ilkin mərhələdə müalicəsinin başlanmasıdır. Müalicə nə qədər tez başlasa, bir o qədər effektiv olacaq. Təbii ki, koronavirusa yoluxmuş insanlarda hansısa xroniki xəstəliklərin olması da müalicənin effektini azalda bilir.
Ona görə də biz hər zaman məsləhət görürük ki, insanlarımız sağlamlıqlarına qarşı diqqətli olsunlar, onları narahat edən əlamətlər hiss etdikdə dərhal həkimə müraciət etsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleş Svoboda tarixə ilk çex astronavtı kimi düşəcək
21:12 08.06.2026
Dünya
Xameneinin harada dəfn olunacağı açıqlandı
21:00 08.06.2026
Dünya
Yeni güc mərkəzi: Bakı, Ankara və Tbilisi birləşir - TƏHLİL
21:00 08.06.2026
Gündəm
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
20:25 08.06.2026
Texnologiya
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm