“Hər günəş eynəyi gözü şüalardan qoruya bilmir”
Fidan Həmişəyeva
08:50 05.06.2020
Cəmiyyət
1048
“Gərək eynəyin şüşələri günəşin müvafiq şüalarını bir filtr kimi süzüb, gözə buraxmasın”
“Paleroid özəllikli günəş eynəkləri gözü şüalardan qoruyur”
Havalar isinəndən günəşə eynək arxasından baxanların da sayı artıb. Kimi gün eynəklərini dəb xatirinə seçir, kimi də gözünün, sağlamlığının qeydinə qalmaq üçün. Amma bəzən özümüz də bilmədən gün eynəklərini aldıqda gözümüzü təhlükə ilə üz-üzə qoymuş oluruq. Söhbət ticarət mərkəzlərində, keçidlərdə, bəzən küçədə belə satılan sertifikatsız, ucuz eynəklərin gözümüzə zərərindən gedir.
Ucuz və keyfiyyətsiz şüşələrdən, plasmas materiallardan hazırlanan gün eynəkləri günəş şüasının təsirindən daha tez qızaraq gözə zərər verir. Bu cür gün eynəkləri gözün sulanmasına, qaşınmasına və digər allergik xəstəliklərə də səbəb olur.
Cərrah oftalmoloq Səlahəddin Təhməzov “Sherg.az”a açıqlamasında bildirib ki, bütün eynəklər gözü günəş şüalarından qoruma effektinə malik deyil. Oftalmoloqun sözlərinə görə, parlaq, günəşli günlərdə, açıq havada işləyənlər, xüsusilə polislər, hərbçilər, taksi sürücüləri və digər şəxslərin gözlərini günəş zərərlərindən qoruması məsləhətdir:
“Çünki günəş şüalarından qorunmayan gözlərdə “katarakt” və digər göz xəstəlikləri yaranır. Eyni zamanda bu xəstəliklər çox aqressiv gedişatlı olur. Hətta günəş şüaları göz xərçənginin artmasına səbəb ola bilər”.
Həkim qeyd edib ki, günəş eynəklərinin hamısı eyni görüntüyə malik olsa da, onlar ultrabənövşəyi şüa keçirmə qabiliyyətinə görə fərqli olurlar:
“Hər tünd rəngli günəş eynəyi gözü qoruyur demək deyil. Gərək eynəyin şüşələri günəşin müvafiq şüalarını bir filtr kimi süzüb, gözə buraxmasın. Bütün bunlar eynəklərin istehsalında qeyd olunur”.
S.Təhməzov onu da söylədi ki, paleroid özəllikli günəş eynəkləri gözü şüalardan qoruyur:
“Gözləri ya paleroid eynəkdən istifadə etməklə, ya da panama, kepka və ya böyük dairəli papaqlar taxaraq günəşdən qorumaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət