Hər kəs əmin olsun ! – “Azərbaycan dövləti daim vətəndaşının yanındadır!”
Şəymən Bayramova
13:25 23.07.2020
Cəmiyyət
801
“Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır”
"Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında artıq Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Sədaqət Vəliyeva deyib.
Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan deputatın sözlərinə görə, vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır:
"İlkin monitorinq zamanı bəlli olub ki, əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib.İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evinmüxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir və mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb”.
Azərbaycanın iqtisadi və sosial baxımdan kifayət qədər güclü dövlət olduğunu deyən S.Vəliyevanın sözlərinə görə, dövlətimiz istənilən çətinliklərin öhdəsindən gəlməyi bacarır və hər bir çətin vəziyyətdə vətəndaşının yanında olduğunu sübut edir. Biz bunu daşqınlar, zəlzələlər zamanı zərərçəkmiş regionlardakı yenidənqurma və bərpa işlərində görmüşük. Şahidi olmuşuq ki, necə Prezident İlham Əliyev aparılan işlərlə yerindəcə tanış olur, insanların arzu və istəklərini dinləyir:
"Hesab edirəm ki, qısa zaman ərzində Tovuz rayonuna dəymiş zərər aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq və həyat tamamilə öz məcrasına qayıdacaq. Hər bir vətəndaşımız əmin olsun ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Xatırlayırsınızsa, 2016-cı ilin aprel ayında Ermənistanın təxribatları nəticəsində Ağdam və Tərtər rayonlarına dəymiş ziyanın aradan qaldırılması üçün də ölkə başçısı tərəfindən eyni xarakterli Sərəncam imzalanmışdı.
Sərəncama uyğun olaraq Tərtər, Ağdam kimi cəbhəyanı rayonlarda ciddi dağıntıya məruz qalan evlər bərpa olunub, bir neçəsi yenidən tikilib, məktəblər, uşaq bağçalarında əsaslı təmir işləri həyata keçirilmişdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya