Hər kəs öz töhfəsini verməlidir:“Kimi maddi, kimi də...”
Şəymən Bayramova
09:36 03.04.2020
Cəmiyyət
868
“Hər birimiz pandemiyaya qarşı hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik”
İki ay öncə bir neçə ölkədə aşkarlanmış epidemiyanın səsi indi dünyanın 180 ölkəsindən gəlir.
Son məlumatlara görə “COVİD-19” virusuna bütün dünyada yoluxanların sayı 850 min nəfəri, ölənlərin sayı isə 42 min nəfəri ötüb. Ölkələr arasında bu siyahıya hazırda Amerika Birləşmiş Ştatları başçılıq edir, sonrakı iki yer isə İtaliya və İspaniyaya məxsusdur.
Ümumbəşəri bəlanın dünya iqtisadiyyatına və maliyyə sisteminə vurduğu və bundan sonra vura biləcəyi zərbələrə gəldikdə isə İqtisad elmlər doktoru, professor Fikrət Yusifov “Sherg.az”a bu zərbənin ölçülərinin olduqca böyük olduğunu deyib:
“Bəzi iqtisadçılar bu itkilərin miqyasını keçən əsrin 20-ci illərinin sonlarında yaşanmış “əsrin depressiyası” adlandırılan iqtisadi böhran nəticəsində baş vermiş itkilərlə müqayisə edirlər. Real olan isə budur ki, virusu ram edəcək peyvənd gec tapılarsa, dünya iqtisadiyyatında və beynəlxalq maliyyə sistemində tarixdə misli görünməmiş iqtisadi fəlakət qaçılmaz olacaqdır. Beynəlxalq miqyasda koronavirusun indiyə qədər yaratdığı durum heç də yaxşı deyil. Bu gün kimliyindən asılı olmayaraq bu durum hər bir kəsi ciddi düşündürməli və hər kəs bu durumun aradan qaldırılmasına öz töhvəsini verməlidir. Kimlərsə problemin həllinə maddi dəstək verməklə, kimlərsə də sadəcə virusun yayılmaması naminə özünü izolyasiya etməklə bunu etməlidir.
Hər bir problemin həlli bilavasitə ona düzgün yanaşmaqdan asılı olur. Çox asan bir şəkildə insanlara yoluxan bu virusun peyvəndi tapılana qədər hər kəs səbr nümayiş etdirib, daha az təmasda olmalı, bir sözlə özünü, yaxınlarını və bütövlükdə cəmiyyəti qorumaq üçün özünütəcrid variantını seçməlidir”.
Professor qeyd edib ki, yaranmış durumun dünyanın bir parçası olan ölkəmizdən yan keçməsi mümkün deyildi:
“Bunu nəzərə alan Azərbaycan hökuməti vaxtında zəruri olan bütün addımları atdı və bu istiqamətdə işlər ən yüksək səviyyədə bu gün də davam etdirilir. Biz “COVİD-19” virusunun bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlimizdən gələn bütün işləri görürük. Lakin bu işlər o zaman yetərli nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın. İndiki məsuliyyətli və həssas bir məqamda hər kəs tək özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməyə məhkumdur. Odur ki, hər birimiz pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya