“Hər kəs vətəndaşlıq və sosial məsuliyyətini dərk etməlidir” - Baş yazar
Fidan Həmişəyeva
09:53 01.05.2020
Cəmiyyət
780
Aprel ayının 27-dən ölkəmizdə xüsusi karantin rejimi yumşaldılıb. Lakin bu yumşaltma təhlükənin sovuşduğu anlamına gəlməməlidir. Vətəndaşlar bundan sonra da məsuliyyətli olmalı, qayda-qanunlara, dövlətimizin çağırışlarına ciddi əməl etməlidirlər”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, bütün dünya ölkələrində “COVİD-19”la bağlı vəziyyət o qədər də ürək açan deyil:
“Azərbaycanda pandemiya ilə bağlı mübarizə istiqamətində atılan qabaqlayıcı tədbirlər ölkəmizdə karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılmasına imkan verdi. Lakin bu o demək deyil ki, ölkəmizdə koronavirus epidemiyası tamamilə sovuşub. Hər kəs virusla mübarizədə ayıq-sayıq olmalı, pandemiyanın yenidən alovlanmasına şans verməməlidir”.
Analitik bildirib ki, mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir:
“Vətəndaşlar onların sağlamlığı üçün tətbiq olunan qaydalara riayət etməsə, karantin rejimi yenidən sərtləşdirilə bilər. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Hər kəs vətəndaşlıq, eləcə də sosial məsuliyyətini dərk etməlidir. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblərə, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmək, distansiya saxlamaq və digərlərinə riayət olunmalıdır”.
B. Quliyev qeyd edib ki, Azərbaycan dövlətinin virusun yayılma prosesi başlayan ilk gündən vətəndaşların sağlamlıqlarının qorunması, pandemiyanın ölkə iqtisadiyyatına zərərlərinin minimuma endirilməsi, vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində vacib və təxirəsalınmaz işlər həyata keçirməsinin nəticəsidir ki, ölkəmizdə vəziyyət dünya ilə müqayisədə qat-qat yaxşıdır:
“Ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində əldə olunan uğurlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında atılan addımların, görülən işlərin nəticəsidir. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə söylədiyi “əsas məqsədimiz Azərbaycanın pandemiyadan az itki ilə çıxmasıdır” fikri atılan mühüm addımlar nəticəsində reallığa çevrilir. Lakin bunlar prosesin tam başa çatması demək deyil. Vəziyyətin nəzarətdə saxlanılması hər birimizdən asılıdır. Bu baxımdan insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmağa davam etməlidirlər. Əks halda yoluxma halları çoxala, prosesin ikinci dalğası başlaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya