“Hər kəsin ətrafında xəstəlikdən əziyyət çəkən, dünyasını dəyişən var” - Vətəndaş dəstəyi mütləqdir !
Turan
13:38 11.07.2020
Cəmiyyət
945
“İmmuniteti nisbətən güclü olan insanların “virusa inanmırmış” kimi davranışı isə sadəcə eqoist təfəkkürün nəticəsidir”
“Belə düşüncə tərzi nə qədər çox tərəfdaş toplayarsa, bəla qarşısında aciz durumda qalan cəmiyyət olacağıq”
“Pandemiya elə bir bəladır ki, onunla mübarizə vətəndaşların dəstəyi olmadan heç bir nəticə verməyəcək”.
Bu sözləri “Sherg.az”a “Report.az”saytının baş redaktoru Murad Alıyev deyib.
Baş redaktor bildirib ki, son yoluxanların sayında müşahidə olunan ciddi artım bunu göstərir:
“İstənilən halda, hamı dərk etməlidir ki, hərə yalnız özünə və öz ailəsinə cavabdehdir. Bugün hər kəsin ətrafında xəstəlikdən əziyyət çəkən, dünyasını dəyişən insanlar var. İmmuniteti nisbətən güclü olan insanların “virusa inanmırmış” kimi davranışı isə sadəcə eqoist təfəkkürün nəticəsidir. Belə düşüncə tərzi nə qədər çox tərəfdaş toplayarsa, bəla qarşısında aciz durumda qalan cəmiyyət olacağıq.
Bəs necə edək ki, insanlar özünütəcridin mahiyyətini anlasınlar? Hesab edirəm ki, ilk növbədə kimliyindən asılı olmayaraq, hərkəsə eyni münasibət göstərilməlidir. Misal üçün, insanların 4 divar arasında qaldığı dövrdə bir qrup şəxsin hovuz ətrafında çəkilən şəkillərini sosial şəbəkədə paylaşması digər şəxslərin də bu xəstəliyə olan inamını azaldır. Karantində ayrıseçkilik olduğu fikrini formalaşdırır”.
M.Alıyev vurğulayıb ki, rəsmi qurumlar tərəfindən atılan bəzi əmin olmayan addımlar da cəmiyyətdə fikir ayrılığına gətirib çıxarır:
“Həm verilən qərarlar, həm onların cəmiyyət tərəfindən qəbul olunması vəhdət şəkilində olmalıdır. Əks halda qaydalardan yayınmaq üçün hər kəs bəhanə tapacaq. Bu vəhdəti biz Almaniya, Türkiyə kimi ölkələrin timsalında gördük. İnsanlar verilən qərarların dəstəkləyicisi rolunda çıxış etdilər, maskasız gəzən şəxsləri görəndə ictimai qınaq yaratdılar. Nəticə göz qabağındadır, artıq həmin ölkələrdə post-pandemiya dövrü yaşanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət