Hər şey Vətən üçün!
18:43 27.12.2020
Cəmiyyət
511
2020-ci il sentyabr ayının 27-sində Azərbaycanın müzəffər ordusu 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün əks hücum əməliyyatına başladı. 44 gün ərzində müzəffər ordumuzun qəhrəman hərbçiləri öz qanları, canları bahasına torpaqlarımızı azad etdilər.
Cəsur döyüşçülərimiz Vətən yolunda öz canından keçdi, müqəddəs Şəhidlik zirvəsinə ucaldı. Eyni zamanda yüzlərlə Azərbaycan övladı yaralandı və xalqın fəxrinə çevrildi.
Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini canla-başla yerinə yetirib, müqəddəs "Zəfər" gününü Azərbaycan xalqına yaşatdılar. 44 günlük müharibədə bütün Azərbaycan xalqı öz döyüşən əsgərini unutmadı, onun arxasında dağ kimi dayandı. Ali Baş Komandanın hər dəfə çıxışını dinlədikdən sonra sevinib, Şəhid xəbərləri ilə üzülən bu xalqın körpəsindən- qocasına qədər hər biri qəhrəmandır.
Belə möhtəşəm, tarixi Qələbəni "Tarixi şəxsiyyətlər" jurnalı dekabr sayında ətraflı şəkildə işıqlandırmışdır. Bu tarixi Qələbənin memarı olan möhtərəm prezidentimiz İlham Əliyevi dünya liderləri arasından "İlin adamı" seçmiş və bu Qələbəyə həsr olunmuş jurnal bu günlərdə çapdan çıxmışdır. Jurnalda cənab Prezidentin xalqa müraciətləri ardıcıllıqla öz əksini tapmış, necə deyərlər 44 günlük müharibənin xronoloji ardıcıllığını verilmişdir. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti əsasında söylədiyi cəsarətli sözlər: " Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!" "İti qovan kimi qovduq onları! Qaçırlar, hələ qaçacaqlar!" "Biz tarixi ədaləti bərpa edirik! Bu vətən müharibəsidir." "Azərbaycan xalqının səbri ilə oynamasınlar." "Düşmən bizim qarşımızda acizdir." "Qarabağ Azərbaycandır!" dilimizdə əzbər olan bu cümlələr başlıqlarda yer almışdır.
"Tarixi şəxsiyyətlər" jurnalının yaradıcı heyəti, baş redaktor Xəlil Qarəhmədovun səyi nəticəsində mükəmməl bir jurnal hazırlanmış və çox böyük məmnuniyyətlə jurnalın bu sayını "Böyük Zəfər" imizə və bu Zəfərin memarı Ali Baş Komandan cənab İlham Əliyevə həsr etməyi özünə borc bilmişdir.
"Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz." - Uzun illər əvvəl Əhməd Cavadın yazdığı bu sözlər indi hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmişdir.
Günay Nəriman
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm