Hər şey yaxşılığa doğru dəyişir
Şəymən Bayramova
09:23 22.07.2020
Cəmiyyət
745
Növbəti aylarda da pandemiyaya qarşı mübarizədə birgə addımlamalıyıq
Pandemiyaya yoluxanların sayının azalmasına rəğmən ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin yenidən uzadılması cəmiyyətdə müəyyən narazılıq doğurur.
Aylardır təmiz havaya, günəş şüasına həsrət qalan vətəndaşlar hesab edir ki, karantin rejiminin uzadılması orqanizmi bu "nemətlər"in faydasından məhrum edir.
Karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı narazılıqların əleyhinə olan millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, Operativ Qərargahın bu qərarı yoluxma sayının daha da azalmasına və ölkəmizdə epidemioloji vəziyyətin stabilləşməsinə hesablanıb:
"Son iki ayda yoluxma sayının artan yox, azalan xətt üzrə inkişaf etməsi, sağalanların sayının infeksiyaya yoluxanların sayından çox olması məhz dövlət tərəfindən həyata keçirilən izolyasiya və sərt karantin tədbirlərinin müsbət nəticəsinin təzahürüdür.
Düzdür, əvvəlki aylarla müqayisədə vətəndaşlar arasında koronavirusun varlığına inam formalaşıb. İnsanlarımız karantin qaydalarına daha məsuliyyətli yanaşır, maskadan və dezinfeksiyaedici məhlullardan istifadə edir.
Düşünürəm bu uğurun əldə edilməsində ictimai qınaq mexanizminin də böyük rolu var. Prezidentin çağırışına uyğun olaraq insanlar qapalı məkanda maskadan istifadə etməyəni, sosial məsafə saxlamayanı tənbeh edirlər, məcbur edirlər ki, ictimai qaydalara riayət etsinlər. Bəli, biz birlikdə güclü olduğumuzu bir daha sübut etmiş olduq.
Düşünürəm ki, növbəti aylarda da pandemiyaya qarşı mübarizədə birgə addımlamalıyıq. Bu dövrü səbirlə, təmkinlə keçirməli, qayda və qanunlara mütləq riayət etməliyik. Karantinin tamamilə götürülməsi, məhdudiyyətlərin aradan qaldırılması vətəndaşların tələb olunan qaydalara nə dərəcədə əməl etməsindən asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol