Hər “yıxılan”a gülməzlər! - Ləhcəsi ilə danışan qadına gülən müxbir sərt tənqid olundu
Şəymən Bayramova
12:47 11.02.2020
Cəmiyyət
921
Sosial şəbəkələrdə yaxınları partlayışda xəsarət alan yaşlı birinin danışığına gülən müxbirin videosu yayılıb. Ciddi qınaq obyektinə çevrilən bu olayla bağlı sosioloq-jurnalist Lalə Mehralı "Şərq"ə açıqlama verib. Onun fikrincə, qüsur qadının danışığında yox, ona gülən müxbirin beynindədir. O təfəkkürdə olan birinin bizim həmkarımız olmasının özü belə təəssüf doğurur. Öz adıma bunun məyusluğunu yaşayıram.
L.Mehralının sözlərinə görə, nəinki adi bir repartyorun, efirlərin məşhur xəbər, müəllif proqramı aparıcılarının belə əksəriyyətinin nitqində ləhcənin şahidi oluruq:
"Xəbər aparıcılarının ləhcə ilə danışması bizdə qıcıq doğursa da, müəllif proqramlarının aparıcılarının bu danışığı bəzən üzümüzdə təbəssüm yaradır. Ən pisi də odur ki, türk telekanallarında ləhcə ilə yayımlanan proqramları sevə-sevə izləyən insanlar yerli efirimizdə "gəlirəm" əvəzinə "gəlerəm" eşidən kimi lağ obyektinə çevirir. Halbuki, insanın danışıq tərzi nə onun şüuruna, nə də mədəniyyətinə təsir göstərir.
Bu qadın gözünü açandan həmin ləhcə ilə danışıb və o mühitdə böyüyüb. Ağrılı bir gündə onun danışığını gülüş obyektinə çevirmək doğru deyil. Məsələnin dərinliyinə getsək, həmin reportyorun özünə qarşı müəyyən komplekslərinin olduğunu görərik. O müxbiri çəkilişə göndərən redaktor, təmsil etdiyi televiziyanın rəhbərliyi onun barəsində ciddi ölçü götürməlidir. Umümmilli lider Heydər Əliyev hər zaman bir ölkənin öz inkişafına görə kəndlisinə borclu olduğunu deyərdi. Atatürk isə "köylü millətin əfəndisidir" deyib. Kənd ləhcəsi ilə öz faciəsini danışan bir qadına gülmək mənliyini itirmiş insana xas xüsusiyyətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət