“Hərbçilərin maaş problemi Samir Şərifovdan qaynaqlanırdı” – Sabotaj
Fidan Həmişəyeva
13:22 03.03.2021
Cəmiyyət
604
Hərbçilərin maaş problemi həllini tapdı. Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Bu barədə Nazirliyin Mətbuat Xidmətindən bildirilib. Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.
"İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək.
Xatırladaq ki, bir müddət öncə hərbçilərin maaşlarının azaldılması böyük səs-küyə səbəb oldu. Baş verənlər geniş narazılıq yaratdı. Müxtəlif müzakirələr aparıldı, etirazlar edildi.
Sözügedən əmri “Sherg.az”a dəyərləndirən Qarabağ qazisi Rey Kərimoğlu hərbçilərin əmək haqlarının azaldılmasını davamlı olaraq pislədiyini söyləyib:
“Məsələnin Ali Baş Komandanın diqqətinə çatdırılması üçün əlimizdən nə gəlibsə, etmişik. Hətta dövlət strukturlarının rəhbərləri ilə müəyyən görüşlərimiz də oldu. Bizə bildiriblər ki, baş verənlər Prezidentə çatdırılıb.
Çox şadam ki, ön cəbhədə xidmət göstərən hərbçilərin əmək haqları bərpa edildi. Ümid edirəm ki, həqiqətən də belə davam edəcək.
Sırf ön cəbhədə xidmət etdikləri üçün hərbçilərin ikiqat maaş alması onların haqqıdır. Ona görə də çox sevinirəm. Bilirdik ki, cənab Prezident bu olaylardan xəbərdar olan kimi müsbət qərar qəbul edəcək.
Bu günə qədər baş verən bütün hadisələrdə olduğu kimi yenə də ölkə başçısı xəbər tutar-tutmaz problem həllini tapdı. Hadisə dəqiq araşdırıldıqdan sonra bəlli oldu ki, Müdafiə Nazirliyinin olanlarda günahı yox idi. Günah birbaşa Maliyyə Nazirliyinindir.
Problem nazirliyin rəhbəri Samir Şərifovdan qaynaqlanırdı. Hətta deyərdim ki, bu, sabotajdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya