Hərbi diktor xalqı mübarizəyə çağırır: “Bundan sonrası biz vətəndaşların üzərinə düşür”
Şəymən Bayramova
10:42 30.03.2020
Cəmiyyət
959
Şəmistan Əlizamanlı: “Hər kəs özünü və ətrafını qorumalıdır”
Məğrur səsi ilə hər zaman bizləri düşmənlə savaşa səsləyən hərbi diktor Şəmistan Əlizamanlı bu gün üçün bütün Azərbaycan xalqını koronavirus pandemiyasına qarşı mübarizəyə çağırır.
Ölkədəki son vəziyyətlə bağlı suallarımızı cavablandıran "Cənab Leytenant” ləqəbli sənətkar "Sherg.az”a açıqlamasında infeksiya ilə mübarizə çərçivəsində dövlətin atdığı bütün addımları və verilən qərarları müsbət dəyərləndirdiyini deyib: “
“Covid 19” pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən vaxtında və düzgün addımlar atılıb. Bundan sonrası biz vətəndaşların üzərinə düşür. Hər kəs özünü və ətrafını qorumalıdır”.
-Evdə qal tövsiyyələrinə əməl edirsinizmi?
- Bəli, özüm də karantin qaydalarına əməl edirəm... Vacib olsa çıxıb tez də qayıdıram. Biz indiki halda daha çox təmkinli olmalı və sağlamlığımızı qorumalıyıq.
-Evdə vaxtınızı necə dəyərləndirirsiniz? Əksər insan darıxdığı üçün karantin qaydalarına uymur...
- Əsasən internet vasitəsi ilə dünyada baş verən hadisələr və ümumi vəziyyət barədə məlumat alıram.
-Bir neçə sənət adamı videoçarxlar vasitəsilə əhalini karantin qaydalarına uymağa çağırıb. Hətta mahnı sözlərini dəyişdirib, koronavirusla uyğunlaşdıranlar da var. Siz belə bir rolik hazırlamağı düşünürsünüzmü?
-Düzü hələ belə bir addım atmağı düşünmürəm. Xalqımıza yeganə müraciətim odur ki, karantin qaydalarına əməl etsinlər və özlərini qorusunlar!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya