“Hərbi məktəblərimizdə türk əsgər və zabitlər olub, amma sonra...”
Fidan Həmişəyeva
15:32 28.07.2020
Cəmiyyət
918
“...Rusiyaya meyilli qüvvələrin təsiri artdı. Bu zaman Azərbaycan ordusu iki od arasında qaldı”
“Buna baxmayaraq Türkiyə ilə ordumuzun əməkdaşlığı davam edir.
“Təlimlər keçirilir, strateji əməkdaşlıq haqqında müqaviləmiz var”
Türkiyə ordusu Naxçıvanda hərbi təlimlərdə iştirak edəcək. Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin qoşunları Naxçıvanda genişmiqyaslı təlimlər keçirəcəklər.
Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Qardaş ölkənin Naxçıvanda olduğunu əks etdirən qürurverici fotolar yayılıb.
Hər zaman hərbi kadrların yetişməsində türk ordusunun böyük xidmətləri olduğunu deyən millət vəkili Sabir Rüstəmxanlı“Sherg.az”a bildirib ki, Türkiyə ordusu NATO standartları üzrə təlim görür və bu standartlar üzrə formalaşır.
Parlament üzvü vurğulayıb ki, tarix boyu hərbi məktəblərimizdə xeyli türk əsgərləri və zabitləri olub:
“Sonra isə Rusiyaya meyilli qüvvələrin təsiri artdı. Bu zaman Azərbaycan ordusu iki od arasında qaldı. Ordusunun hansı standartlar üzrə formalaşmasını düşündü.
Buna baxmayaraq Türkiyə ilə ordumuzun əməkdaşlığı davam edir, təlimlər keçirilir, strateji əməkdaşlıq haqqında müqaviləmiz var. Əlbəttə bu, Rusiya ilə Ermənistan arasında bağlanan müqavilədən fərqlidir.
Onların müqaviləsinə görə Ermənistanın bütün sərhədlərinin qorunması və Ermənistanın təhlükəsizliyi məsələsi Rusiyanın öhdəsindədir. Bizdə isə yalnız əməkdaşlıq müqaviləsi var. Naxçıvanda keçirilən əməliyyatlar da bu müqavilə çərçivəsindədir.
Məlumdur ki, Qars müqaviləsinə görə Türkiyənin Naxçıvanın üzərində qarant hüququ var. Azərbaycandan başqa hər hansı bir ölkə Naxçıvana iddia ilə çıxış etsə, onda Türkiyənin Naxçıvanı müdafiə etmək haqqı var. Müqaviləyə əsasən qardaş ölkə Naxçıvanın qorunmasına cavabdehdir.
Ona görə də Ermənistanın həyasızcasına Azərbaycana meydan oxuduğu bu günlərdə Naxçıvanda hərbi təlimlərin keçirilməsi yüksək qiymətləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm