Hərbi xərclərin artırılması həmişə diqqətdə olub
06:36 24.12.2020
Cəmiyyət
636
Bunun nəticəsidir ki, biz regionun hərbi baxımdan ən güclü ölkəsiyik
Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üçün ayrılan vəsaitin məbləği açıqlanıb. Dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üçün 4 585 806 638,0 manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin 1 934 288 659,0 manatının müdafiə qüvvələri, 260 612 183,0 manatının milli təhlükəsizlik, 281 620 334,0 manatının sərhəd xidməti, 3 901 203,0 manatının müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 105 384 259,0 manatının isə müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün ayrılması nəzərdə tutulur.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında qeyd edib ki, Milli Məclis hər il növbəti il üçün büdcə xərclərini təsdiq edir. O bildirib ki, burada müxtəlif sahələr var və onlardan da biri hərbi sahədir:
“Bildiyimiz kimi, ölkənin müharibə şəraiti nəzərə alınaraq ən çox vəsait elə hərbi sahəyə ayrılır. Hərbi sahədə şəxsi heyətin təminatı, hərbi silahların alınması və sair xərclər var.
Bunun nəticəsidir ki, biz regionun hərbi baxımdan ən güclü ölkəsiyik. Müharibə də bunu göstərdi ki, Azərbaycan düzgün yoldadır. Hərbi xərclər əksinə daha çox artırmalıdır ki, dövlət özünü daha rahat hiss etsin.
Amma bəzi hallar olur və buna fors-major da deyilir. Yəni gözləmədiyin məsələnin ortaya çıxması. Bunlardan da biri müharibədir.
Azərbaycan tam müharibəyə hazır olsa da, onun nə vaxt baş verəcəyini bilmirdi. Bunu ölkə Prezidenti də dəfələrlə çıxışında bəyan etmişdi ki, düşmən hücum etdi, biz sona kimi getdik”.
İqtisadçı-ekspert əlavə edib ki, fors-major halında ortaya müəyyən xərclər çıxır ki, onu da qarşılamaq üçün yenidən Milli Məclis büdcəyə baxmalıdır:
“İlin sonu olduğu üçün, ortaya çıxan şəxsi heyətin təminatı məsələsi gələn il büdcəsində nəzərdə tutulub. Bu baxımdan da bəzi hərbiçilərimiz, məsələnin mahiyyətindən xəbəri olmadan, vəziyyətin qənaətbəxş olmadığından gileylənirlər. Ancaq Müdafiə Nazirliyinin son açıqlamasında qeyd olundu ki, bu çatışmazlıqlar hissə-hissə aradan qaldırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol