Hərbi xidmət müddətinin artırılması gözlənilmir
20:35 15.02.2021
Cəmiyyət
716
Ekspert də vurğulayır ki, hansısa qanunvericilik aktlarında dəyişiklik edilməyəcək
Bu gün ordu sıralarında qulluq etmək hər bir azərbaycanlı gənc üçün şərəfdir. Ümumiyyətlə, Azərbaycanda ordudan yayınma halları, demək olar ki, yoxdur. Hazırda ölkəmizdə orta təhsilli şəxslər 1 il 6 ay, ali təhsilli şəxslər isə 1 il müddətində hərbidə xidmət edirlər. Bəs, bu müddətin artırılmasına zərurət varmı? Hazırkı müddət gənclərimizin hərbi biliklərə yiyələnməsinə kifayət edirmi?
Suallarımızı cavablandıran hərbi-ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında bildirib ki, hazırkı dövrdə həqiqi hərbi xidmət müddəti Azərbaycan reallığında mümkün təhdidlərin qarşısının alınması üçün optimal bir müddətə malikdir. Hərbi-ekspert qeyd edib ki, yəni bu müddətin artırılması üçün heç bir hərbi-siyasi sifariş mövcud deyil:
"Əksinə, Azərbaycan Ordusu önündə duran ən mühüm vəzifələrindən birini 44 gün ərzində artıq icra edib. Bu, o demək deyil ki, vəzifələrimizin hamısı artıq yerinə yetirilib. Çünki digər vəzifələr, məsələn, azad olunan ərazilərdə təhlükəsizliyin təminatı, onların yerləşdirilməsi, həm İranla, həm də Ermənistanla sərhədlərin möhkəmləndirilməsi, sərhəd xəttinin qurulması, zastavaların inşası və s. istiqamətində hələ də silahlı qüvvələrimizin qarşısında icrası davam edən böyük vəzifələr durur. Bunlar da aktiv yerinə yetirilməkdədir".
Ə.Verdiyev düşünmür ki, hazırda Azərbaycanda hərbi müddətin artırılması üçün hansısa addımlarda, hansısa qanunvericilik aktlarında dəyişiklik edilsin:
"Bilirsiniz ki, əksinə olaraq Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində addımlarını artıracaq, o cümlədən ordunu kompakt, lakin keyfiyyət göstəricilərini daha üst səviyyəyə çıxarmaq üçün çalışacaq. Bu addımlar peşəkar ordu yaradıcılığının bir hissəsi olacaq".
Hərbi biliklərə yiyələnməyə gəldikdə isə, ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrində döyüş hazırlıq səviyyəsini təyin edən vəzifələrə həqiqi hərbi xidmətə çağırılan əsgərlər əvəzinə müddətdən artıq xidmət edən hərbi qulluqçular təyin edilir:
"Bu isə peşəkarlıq baxımından Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək üçün kifayət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı