Heyvanlara qarşı vəhşilik: Psixi pozuntunun alovlandığı bir vaxt var
Banuçiçək Kalbalıyeva
06:03 04.04.2020
Cəmiyyət
2215
“Uşaqkən bizə heyvanlara toxunmamağı öyrədirdilər. Deyirdilər ki, dilsiz-ağızsız heyvanın ahı tez tutur. İndi isə insanlar heyvanlara işgəncə verirlər. Görünür, bu, mənəvi aşınma ilə əlaqədardır. Canlılara əzab vermək dinə də, əxlaqa da ziddir”.
Sosioloqun fikrincə, mənəvi dəyərlər bu məsələdə mühüm amildir:
“Ümumiyyətlə davranışa təsir edən bir neçə amil var: insanın fərdi xüsusiyyətləri, yaşadığı mühit, aldığı informasiya və üstünlük verdiyi dəyərlər. Humanist millətik və bütün meyarlara görə müsbət mənada fərqlənən bir diyarda yaşayırıq. Deməli, bizi mənfi istiqamətə yönəldən aldığımız informasiya ilə üstünlük verdiyimiz dəyərlərdir. Nəzərə almaq lazımdır ki, mənəvi dəyərləri ön planda saxlayan cəmiyyət özü özünü tənzimləyir. Tədricən bizdə mənəvi dəyərlərin unudulması çox pisdir. Buna yol vermək olmaz”.
Psixoloq Sənubər Nəzərova isə düşünür ki, baş verən hadisələri bir neçə müxtəlif səbəblə əlaqələndirmək mümkündür. Əvvəl məsələyə təsir edən məqamı müəyyənləşdirib, sonra problemi həll etmək lazımdır:
“İnsanlar canlıya əzab verəndə psixoloji cəhətdən həzz alır, özlərini hamıdan güclü hesab edirlər. Bu, psixoetrik problem və şəxsiyyət pozuntusu ilə bağlı ola bilər. Şəxsiyyət pozuntusu antisosiallıqla əlaqəlidir. Belə insanlar cəmiyyətin qəbul etdiyi qayda-qanunlardan yayınırlar. Çünki onlar uşaqlıqda şiddətə məruz qalıb, özlərini gücsüz hiss ediblər. İndi isə zəifləri əzməklə güclü olduqlarını təsdiqləmək istəyirlər. Başqa səbəb kimi sadistliyi göstərmək olar. Erik Frommun müəyyən etdiyi şəxsiyyətin 4 tipindən biri də sadistlərdir. Mazoxistlərdən fərqli olaraq bu insanlar özlərinə yox, başqalarına əzab verməkdən həzz alırlar. Söhbət təkcə heyvana zülm etməkdən getmir. Lakin başqa insanın əks reaksiyasından qorxaraq daha zəiflər-heyvanlar üzərində həzz duyğularını tətmin edirlər. Əlbəttə, bu, o demək deyil ki, həmin insanlar ömürləri boyu heyvanlara işgəncə verirlər. Sadəcə psixi pozuntunun alovlandığı bir vaxt var. Onu da deyim ki, həddindən çox spirtli içki içmək , psirotrop maddələr qəbul etmək də insanların heyvanlara işgəncə verməsinə səbəb ola bilər. Çünki bu zaman adamlar özlərini idarə etməyi bacarmır, nə etdiklərini bilmirlər”.
Psixoluqun fikrincə, valideynlər də bu məsələyə həssas yanaşmalıdırlar:
“Ola bilsin, uşaq məsələnin ciddiliyini başa düşməyərək heyvanları incidir. Dovşanın qulağından tutub dartır, qarışqanı tapdalayıb əzir və sair. Belə məqamlarda valideynlər diqqətli olaraq, heyvanların da canlı olduqlarını övladlarına başa salmalıdırlar. Əks halda problem psixi pozuntu ilə nəticələnəcək. Onu da deyim ki, bu psixi pozuntulu şəxslər mütləq müalicə olunmalıdırlar. Həmin insanlar 2-3 həftə yataq müalicəsi almalıdırlar ki, diaqnoz qoyulsun, səbəb müəyyənləşsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya