Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması ilə bağlı görüş keçirib
14:53 25.12.2020
Cəmiyyət
457
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirib.
APA-nın məlumatına görə, H. Hacıyev Prezident İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğuladığını, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırıb.
Prezident köməkçisi 2013-cü ildə ölkədə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını, “İctimai iştirakçılıq haqqında” qanun qəbul edildiyini, qanuna əsasən, mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizminin təsbit edildiyini vurğulayıb. O, sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirib.
Daha sonra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri çıxış edərək ictimai şuraların yaradılması və fəaliyyəti zamanı üzləşdikləri problemləri diqqətə çatdırıbar. Onlar bəzi hallarda ictimai şuralara seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öz funksiyalarını, hüquq və vəzifələrini bilmədiklərini, habelə aidiyyəti sahə üzrə məlumatsız olduqlarını vurğulayıblar.
Görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının ictimai şuraları yaradarkən diqqət yetirməli olduqları əsas məqamlar barədə ətraflı məlumat verildi, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda H. Hacıyev çıxış edərək, qısa müddət ərzində ictimai şuraların yaradılması prosesinə başlanılması, qanunvericiliyin bütün tələblərinə əməl edilməklə şəffaf və obyektiv seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. O, ictimai şuralarda müstəqil və təcrübəli şəxslərin təmsil olunmasına üstünlük verilməsinin, yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığın təmin edilməsinin, ictimai şuraların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq təlim proqramlarının təşkil edilməsinin, ictimai şuraların iclaslarının mütəmadi keçirilməsinin, şuraların işində şəffaflığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm