Hindistan vaksini də rəqabətə başlayıb
Fidan Həmişəyeva
08:53 01.02.2021
Cəmiyyət
752
Koronavisa qarşı daha çox Çin, Almaniya və Rusiya vaksinindən danışılır. Müxtəlif ölkələr bu ölkələrin vaksinlərini əldə etməyə çalışırlar. Ancaq son vaxtlar Hindistan vaksinləri də ön plana çıxıb.
BMT-nin baş katibi Antonio Quterreş yanvarın 26-dakı çıxışında Hindistan vaksinini tərifləyib: “Hindistanda istehsal edilən vaksinlərin istehsalının çox yüksək səviyyədə olduğunu bilirəm. Bunun üçün Hindistan qurumları ilə təmasda olduğumuzu, Hindistanın bütün alətlərə sahib olacağına ümid edirik. Peyvənd kampaniyasının dünyada tətbiqində Hindistan vaksinlərinin də xüsusi rolu olacağına inanıram”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Hindistan Butan, Nepal, Əfqanıstan, Şri-Lanka, Mavrikiy, Oman, Nikaraqua, Afrika və Pasifik ölkələrinə peyvəndlər göndərməyə başlayıb. Analitikin sözlərinə görə, Hindistan dünya dərman istehsalında üst sıralardadır:
“Dünyada müxtəlif vaksilərin istehsalının 60 faizi Hindistanın payına düşür.
Koronavirusa yoluxanların və ölənlərin sayına görə Hindistan da Amerika kimi ön sıralardadır. Buna görə Hindistan ilk növbədə öz vətəndaşlarını xilas etməlidir. Hindistanın əhalisi 1 milyard nəfəri aşır.
Buna baxmayaraq, Hindistan icad etdiyi vaksilərinə başqa ölkələrə satmağa da hazırdır. Çin üçün daxili bazar vacib deyil. Çünki, Hindistandan fərqli olaraq Çində virusun yayılmasının qarşısı alınıb, yoluxanların sayı nəzarət altındadır. Ona görə də Çin öz vaksinlərini daha çox dünya bazarlarına çıxarır və bundan gəlir əlir edir. Hindistan isə icad etdiyi vaksinləri həm daxildə isatifadə etməli, həm də müxtəlif ölkələrə satmalıdır”.
E.Şahinoğlu qeyd edib ki, bir müddət keçdikdən sonra başqa ölkələr də vaksin istehsalına başlayacaqlar:
“Məsələn, Türkiyədə vaksin sınaqları davam edir, sadəcə bir neçə ölkə vaksin istehsalında irəli çıxdı və ona görə bir çox ölkə həmin vaksinləri almaq məcburiyyətində qaldı. Ancaq vaksin alınmasında şaxələndirmə siyasəti aparılır. Yəni bir ölkə vaksin almaqda yalnız bir ölkədən asılı olmaq istəmir. Ölkələr həm Rusiya, həm Çin, həm Almaniya, həm də Hindistan vaksinlərini alırlar. Bu vaksin alan ölkənin vaksin satan ölkədən asılılığını azaldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat