Hökumə Əliyevanın xatirə muzeyi avqustda hazır olacaq
Yusif Nəzərli
07:36 17.05.2025
Cəmiyyət
374
"Qızım Hökumənin xatirə muzeyi avqustun birinci yarısında hazır olacaq".
Bunu Teleqraf-a Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.
"İki mərtəbə nəzərdə tutulan muzeyin hazırda ikinci mərtəbəsi tikilir. Burada qızımın şəxsi əşyaları, şəkilləri sərgilənəcək. Həmçinin onun cehizləri də muzeyə yerləşdiriləcək",- deyə C.Əliyev deyib.
Milli Qəhrəmanın atası qızının həyat yoldaşı Etibar Əliyevin də muzeyin tikilməsinə dəstək olduğunu açıqlayıb: "Etibar bəylə hər gün əlaqə saxlayırıq. Demək olar ki, muzeyin tikilməsində hər şeyə nəzarət edir. Ona düşən pulun hamısından imtina etdi və hətta ev muzeyinin tikilməsinə də maddi dəstək göstərir".
Qeyd edək ki, Milli Qəhrəmanın xatirə muzeyi Samux rayonunun Alıuşağı kəndində tikilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə