““Human Rights Watch” erməni vəhşiliyini etiraf edib”
Fidan Həmişəyeva
16:01 18.12.2020
Cəmiyyət
671
“Bəzi təşkilatlar Azərbaycanın hərbi və siyasi qələbəsindən sonra mövqelərində əsaslı dəyişikliklər ediblər”
“Onlar Ermənistanın faşist siyasətini, beynəlxalq hüquqa zidd cinayətlərini pisləməyə məcbur olurlar”
“Human Rights Watch” insan haqları təşkilatı “Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Hesabat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb.
Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson hesabatda bildirib ki, klastr sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir:
“Həm Ermənistan, həm də Azərbaycan klastr sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır.
Təşkilatın yaydığı hesabatla bağlı “Sherg.az”a danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, sözügedən hesabat Ermənistanın insanlığa zidd əməllərinin beynəlxalq səviyyədə etiraf edilməsidir:
“Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi dünyanın əksər aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara həqiqət anı oldu.
Diqqət çəkən məqamlardan biri də budur ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı əsassız iddialarla çıxış edən, feyk məlumatların yayılmasında maraqlı olan bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bu gün, Azərbaycanın hərbi və siyasi qələbəsindən sonra mövqelərində əsaslı dəyişikliklər edirlər.
Həqiqətləri dilə gətirirlər, hazırladıqları hesabatlarda Ermənistanın müharibənin gedişində qadağan edilmiş ballistik raketlərdən və klastr bombalarından istifadə etdiyini təsdiqləməyə məcbur olurlar”.
Parlament üzvü söyləyib ki, artıq bəzi beynəlxalq hüquq müdafiə təşkilatları da ölkəmizə qarşı qərəzli mövqelərinə son qoyaraq Ermənistanın faşist siyasətini, beynəlxalq hüquqa zidd cinayətlərini pisləməyə məcbur olurlar:
“Təbii ki, bu uğurumuz Azərbaycanın hərb meydanında olduğu kimi, beynəlxalq siyasi arenada da qətiyyətli mövqeyinə, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət həyata keçirməsinə söykənir. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızda ədaləti bərpa edən Azərbaycan nəinki regional, hətta qlobal dünya siyasətində də yeni reallıqlar yaradaraq illərdir yaşanan hüquq problemini aradan qaldırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi