Hüquq müdafiəçisi Bəşirqizını QINADI: “Mənəviyyatımıza uyğun deyil”
Fidan Həmişəyeva
10:06 24.04.2020
Cəmiyyət
963
“Afaq xanım rayonlardan gələnlərlə bağlı da sərt fikirlər səsləndirmişdi. İndi də canlı yayında etikaya uyğun olmayan ifadələr işlədir. Bu, yanlış davranışdır”
Xalq artisti Afaq Bəşirqızı son günlər qalmaqallı açıqlamaları ilə gündəmdən düşmür. Bu yaxınlarda aktrisanın müsahibələrindən birində dediyi "Rayondan gəlib, "padyez"də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir" sözləri qalmaqala səbəb olmuşdu.
Ötənlərdə isə onun ARB TV-də efirə gedən "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrə görə, xalqı artisti ictimiayətin sərt tənqidinə tuş gəlib. Hətta MTRŞ bu sözlərə görə telekanalın yayımını aprelin 21-də 6 saatlıq dayandırıb.
Bu qalmaqallardan sonra A.Bəşirqızı İnstaqram səhifəsini bağlayıb. Aktrisa 21 mindən çox izləyicisi olan profilindən bütün paylaşımlarını silib. O, profilin adını dəyişərək "meduzatime" edib.
Baş verənləri “Sherg.az”a şərh edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu xalq artistinin son zamanlarkı davranışlarının düzgün olmadığını deyib. Hüquq müdafiəçisi bildirib ki, canlı yayımda söyüş söymək yanlışdır:
“Hər dəfə rusiyalı siyasətçi Vladimir Jirinovski telekanalda canlı yayında söyüş söyür. Amma o demək deyil ki, biz də belə etməliyik. Bütün bunlar mənəviyyatımıza uyğun deyil. Afaq xanım bu yaxınlarda rayonlardan gələnlər bağlı da sərt ifadələr səsləndirmişdi. Halbuki, fikirlərini başqa cür çatdıra bilərdi. Həqiqətən bu gün Bakıya bütün rayonlardan gələnlər var. Onlar pis vəziyyətdə yaşayırlar və acınacaqlı durumdadırlar. Amma bu o demək deyil ki, rayon camaatı təhqir olunmalıdır. Canlı yayında etikaya uyğun olmayan ifadələr səsləndirmək isə yanlış davranışdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol