İcra başçısının adına bu iftranı kim yaxır... - Rəsmi açıqlama
08:34 18.06.2020
Cəmiyyət
818
Bir neçə gün öncə Yasamal rayonunda Çevik Polis alayı ilə bina sakinləri arasında yaranmış insident zamanı bəzi media orqanları nəzərləri mütləq şəkildə Ağcabədi Rayon İcra hakimiyyətinin üzərinə çəkməyə çalışdılar. Belə ki, hadisə zamanı özünü kobud aparan polisin Ağcabədi rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu olduğu bildirildi. Daha sonra Şəhriyar Hüseynovun Bakıda avtosalonlardan birində 150 min manatlıq maşına görə dava saldığı da xəbərlər arasında yer aldı.
Lakin apardığım araşdırmalar zamanı məlum oldu ki, sözü gedən Şəhriyar Hüseynov tanınmış idmançıdır və bu olaylarla bir əlaqəsi yoxdur. Şəhriyar dəfələrlə beynəlxalq arenalarda Azərbaycanın dövlət bayrağını qaldıran tanınmış idmançıdır, Daxili İşlər Nazirliyinin polis zabitidir və əməliyyatda iştirak edən Çevik Polis Alayına heç bir aidiyyatı yoxdur. Xəbərlərdə tirajlanan foto da Şəhriyara aid deyildi.Şəhriyar Hüseynov 2016-cı ildə İtaliyanın Karara şəhərində keçirilən "Kungfu-Sanda" üzrə dünya çempionatında 90 kiloqram çəki dərəcəsində ikinci yeri tutub. İki dəfə Bakı çempionu, 3 dəfə isə respublika çempionu olub. Avropada gənclər arasında keçirilən yarışlarda bürünc mükafata layiq görülüb. 2016-cı ildə, yəni çempion titulu alarkən Neftçala Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin axtariş üzrə əməliyyat müvəkkili, polis leytenantı olub.
Ölkəsinin bayrağını dəfələrlə ucaltmış polis zabitinin və onun dövlətə xidmət göstərməyə çalışan atasının adının bu hadisələrlə hallanmasında görünür maraqlı olan tərəflər var.Bu gün xəbər saytlarından birində Rafil Hüseynovun oğlunun səhvini etiraf etməsi barədə xəbər yer aldı.
"Bu barədə əlavə bir söz deməyin yeri yoxdur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi səviyyəsində açıqlama olub. Təbii ki, bir ata kimi mən də oğlumu tənbeh etdim”.
Bunu Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun söylədiyi iddia edilir. Hər iki məlumat bir- birinə ziddiyyət təşkil etdiyinə görə, məlumatın dəqiqliyini öyrənmək qərarına gəldik.
Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai- Siyasi və Humanitar Məsələlər ŞöbəsindənBizimyol.info-ya rəsmi olaraq bildirildi ki, icra başçısı belə bir açıqlama verməyib və yazan şəxslər dövləti təmsil edən məsul bir şəxsin adından yalan məlumat yaydıqlarına görə məsuliyyət daşıyırlar.
"Rafil Hüseynov dövlətimizə, dövlətçiliyimizə sadiq insandır. Onun fəaliyyətinə qara yaxmaq istəyən qüvvəllər bu şəkildə araşdırılmamış, yalan xəbərlərlə gündəm yaratmaq istəyirlər. Rafil Hüseynovu bu vəzifəyə dövlət başçısı təyin edib və o, vətənə xidmət edir.Şəhriyar Hüseynov Rafil Hüseynovun oğludur , lalin o DİN tərəfindən cəzalandırılmayıb, çünki məlum olaylarda iştirak etməyib. Şəhriyar Hüseynov nazirliyin tamamilə başqa bir şöbəsində xidmət göstərir. Kapitan deyil. Hesab edirik ki, bu şəkillər montaj edilib. İcra başçısının adından bu kimi yalan xəbərin verilməsi yolverilməzdir və cinayətdir”.
Qeyd edək ki, icra başçısının adından bu informasiya ilk olaraq Gununsesi.org saytında verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm