İcra məmuru qəbiristanlıqda kartof əkib ? ! –“ Bunu nə qanun, nə əxlaq, nə də insanlıq qəbul edir”
Fidan Həmişəyeva
14:46 14.04.2020
Cəmiyyət
1509
“Qanunsuz olaraq ictimai məkan və torpaq sahəsi mənimsənilib. Hətta buna görə cinayət məsuliyyəti da var”
Cəlilabad rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən Münasib Həsənovun qəbiristanlıq ərazisini zəbt edərək, orada kartof əkdirdiyi bildirilir. Bu barədə rayon sakini Nazim Vəliyev məlumat verib.
O,bildirib ki, şöbə müdiri Cavid xan küçəsi, İran bazarından dönəndə arxa yolda yerləşən qəbiristanlığı uzun illərdən bəri zəbt edib və orada əkinçiliklə məşğuldur. Vətəndaş deyir ki, bununla bağlı etiraz etdikdə və ya irad bildirdikdə sözügedən şəxs onlara təzyiq göstərir:
“Bu proses neçə ildir, davam edir. Qəbiristanlıq üçün dövlət yer saxlayıb, bələdiyyə də rəsmi olaraq ərazi ayırıb. Lakin Münasib Həsənov heç bir sənəd olmadan qəbiristanlığın 10 hektar ərazisini özünküləşdirib və orada kartof əkir. Ona bələdiyyə də bir söz deyə bilmir, çünki Həsənov səlahiyyət sahibidir və İcra Hakimiyyətində işləyir”.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Konstitutsiya” Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev bildirib ki, qəbiristanlıq ümumi istifadədə olan ərazi sayıldığı üçün orada əkin işlərinin görülməsi qadağandır. Onun sözlərinə görə, bunun üçün Cinayət Məcəlləsində müvafiq maddə yer alır:
“Qəbirstanlığın kiminsə tərəfindən mənimsənilməsi və orada əkin işlərinin aparılması ilk növbədə əxlaqi baxımdan düzgün deyil. Hansısa vəzifəli şəxs ümumi istifadədə olan yeri mənimsəyib öz ehtiyacı üçün istifadə edirsə, bu, düzgün deyil. Belə şəxslərin qanunsuz hərəkətinin qarşısı alınmalıdır. Çünki qəbiristanlıq toxunulmaz bir ərazidir. Onu yalnız təyinatına uyğun olaraq istifadə etmək olar. Əlbəttə, qəbiristanlıqda abadlıq işləri görmək olar. İnsanlarımız çalışır ki, qəbiristanlıq ərazisi abad formada olsun. Bu, əhalinin, kəndin və yaxud qəsəbənin birgə fəaliyyəti nəticəsində ola bilər. Əsas məqsəd isə qəbristanlığın səliqəli olmasıdır. Amma orada əkin işləri aparmaq gülünc bir haldır. 10 hektar çox böyük bir ərazidir. Bu məsələyə ilk növbədə rayon icra hakimiyyəti baxır. Eyni zamanda məzarlıqların verilməsi bələdiyyələrin səlahiyyətinə aiddir”.
Ə.Nuriyev qeyd edib ki, sözügedən hadisədə qəbiristanlığın qanunsuz zəbt edilməsi halı var:
“Qanunsuz olaraq ictimai məkan və torpaq sahəsi mənimsənilib. Hətta buna görə cinayət məsuliyyəti da var. Cinayət Məcəlləsində müvafiq normalar mövcuddur. Həmin normada azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu günlərdə qanunvericilikdə həmin norma daha da sərtləşdiriləcək. Belə hərəkətləri nə qanun, nə əxlaq, nə də insanlıq qəbul edir. Qanunsuzluğa yol verən həmin şəxs məsuliyyətə cəlb olunmalıdır. Amma ilk öncə baş verənlər dəqiq araşdırılmalıdır. Çünki indiki şəraitdə bəzi hallarda yanlış informasiyalar da verilir. Həqiqətən belə hadisə baş veribsə, müvafiq dövlət qurumları və rayon icra hakimiyyəti dərhal tədbir görəcək. Eyni zamanda polis orqanları da qanunsuz zəbt etmə ilə bağlı ölçü götürməlidir. Çünki həmin torpaqlar ya bələdiyyə fondunun torpaqlarıdır, ya da dövlətin torpaq fonduna aiddir. Ona görə də hüquq mühafizə orqanları həmin şəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görməlidir”.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya