İkinci dalğa başlayır
Şəymən Bayramova
10:26 08.08.2020
Cəmiyyət
796
"Avropa ölkələri ilə yanaşı, ABŞ, Rusiya, Hindistan kimi ölkələrdə də koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir"
COVİD 19 pandemiyası bir sıra dünya ölkələrində yenidən alovlanıb. Xüsusən də Avropa ölkələrində 2-ci dalğa ilə bağlı xəbərdarlıqlar edilir. Bəzi ölkələrdə hələ də aktiv olan pandemiyaya qarşı mübarizə tədbirləri davam etsə də, virusun yayılmasına nəzarət edən ölkələr isə yeni dalğadan ehtiyatlanır.
Həkim-infeksionist Vüqar Cavadzadə isə hesab edir ki, koronavirusla bağlı vaxtında lazımi profilaktik tədbirlərin görülməməsi dünya ölkələrində vəziyyətin nəzarətdən çıxmasına səbəb olub. Bundan əlavə əhalinin nümayişlərə çıxması, kütləvi toplaşmalar da pandemiyaya yoluxma sayının artması ilə nəticələnib:
"Estoniya, İspaniya, Almaniya, Fransa, COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar. Bu ölkələrdə yoluxma sayının artmasının əsas səbəbi əhalinin yay fəsli ilə əlaqədar koronavirus aşkar edilməyən bölgələrə səfər etməsi, qapalı ticarət və iaşə obyektlərinin, restoranların fəaliyyətə başlaması, yeraltı, yerüstü dəniz və hava nəqliyyatının fasiləsiz fəaliyyət göstərməsidir .
V.Cavadzadənin sözlərinə görə, Avropa ölkələri ilə yanaşı, ABŞ, Rusiya, Hindistan kimi ölkələrdə də koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir.
Bu günə qədər ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin kifayət qədər səmərəli və uğurlu olduğunu vurğulayan həkim- infeksionist deyib ki, virusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən kompleks tədbirlər hələ də davam edir:
"Ölkə başçısının nəzarəti ilə aparılan uğurlu səhiyyə siyasəti nəticəsində son günlər yoluxma sayında ciddi azalmalar müşahidə edirik. Hesab edirəm ki, bu müsbət dinamikanın əldə olunmasında son iki ayda tətbiq edilən sərt karantin rejiminin xüsusi rolu var. Bu baxımdan yoluxma sayının azalması əhalini arxayın salmamalı və vətəndaşlar profilaktik karantin tədbirlərinə əməl etməlidir.
Sosial məsafəni qorumaq, maskadan istifadə etmək və daim əllərimizi təmiz saxlamaq mühüm şərtdir. Eyni zamanda əhalinin kütləvi toplaşdığı yerlərdən də maksimum dərəcədə uzaq olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə