İkinci Mahmudun həyat yoldaşından təsirli sözlər:“Böyük qızımız hər gün atasını axtarır”
Yusif Sultanoğlu
07:29 03.06.2020
Cəmiyyət
1358
”Elə bilir ki, gələcək. Ona demişik ki, xaricə işləməyə gedib. Küçədə kimisə görəndə atasına oxşadır, atasını istəyir”
“Yoxluğuna öyrəşə bilmirik, elə bilirik ki, hardansa çıxıb gələcək. Bütün günümüzü şəkillərinə baxaraq keçiririk”
“İndi – 30 yaşımda, hətta iyunun qızmar bir bazar günü, günortadan sonra kimçünsə, nəyçünsə yamanca darıxdığımı hiss edərkən belə həyat mənə çox maraqlı və şirin, ölümsə çox qorxunc və arzuolunmaz gəlir. Görünür, bütün məqsəd bu balansı dəyişməkdən ibarətdir. Hər şey bu qədər sadədir...”
Sözlərimə mərhum yazar İkinci Mahmudun ölümündən 1 il sonra nəşr olunan son yazısından bir hissə ilə başlamağım təsadüf deyil. Bəli, bu gün ötən ilin iyul ayında ürək tutmasından vəfat edən gənc publisist İkinci Mahmuddan danışacağıq. Əsl adı Mahmud Ağakişiyev olan yazar 2013-cü ildən mətbuatda esse və hekayələrlə çıxış edib. Dərc olunan “ Ümid arısı” hekayələr toplusu, “Bataqlıq donuzu” povesti oxucuları tərəfind ən sevilmiş, hətta hekayələrindən biri Alman dilinə tərcümə edilmişdir. May ayının 30-da mərhum yazarın doğum günü idi. Ailəsi onsuz ilk ad gününü keçirdi.
“Sherg.az”da Mahmud bəyi yad etmək məqsədilə həyat yoldaşı Könül xanım Ağakişiyeva ilə əlaqə saxlayıb, dərdinə şərik çıxmağa çalışdıq. Qısa söhbətimizi təqdim edirik.
-Mahmudsuz günləriniz...
- Pis, qəbir üstünə getdik. İnanın hələ də öyrəşməmişəm. Kəndə gedəndə elə bilirəm qapı açılacaq, içəri girəcək.
- Heç yuxularınıza gəlirmi?
- Gəlir (ağlayır)...
-Övladları necə, atalarını xatırlayırlarmı?
- Atası vəfat edəndə balaca qızımızın 2 yaşı olub, şəkillərdən xatırlayır. Bilir ki, Mahmuddu, yadından çıxmayıb. Böyük qızımız hər gün atasını axtarır, elə bilir ki, gələcək. Ona demişik ki, xaricə işləməyə gedib. Küçədə kimisə görəndə atasına oxşadır, atasını istəyir. Öyrəşə bilmirik, yoxluğuna, elə bilirik ki, hardansa çıxıb gələcək. Bütün günümüzü şəkillərinə baxaraq keçiririk. Danışa bilmirəm...
- Ölümündən sonra tapdığınız yazıları varmı?
-Toyumuza kimi hər gün mesajlaşırdıq. 9 il bundan əvvəlki mesajları, hamısını heç xəbərim olmadan qeyd eləmişəm. O qədər gözəl yazırdı ki, dedim itməsin. Əlavə inşallah kitab şəklində çıxardarıq.
Könül xanımın göz yaşları, övladlarının ata həsrəti ilə bağlı fikirləri, sanki, adamın içini tərpədirdi və buna kövrəlməmək mümkünsüz idi. (Kövrəlirəm) Söhbəti buradaca elə Mahmud bəyin ömrü kimi yarı-yarımçıq dayandırırıq...
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya