"İnsanlara mərhəmət etməyənə Yaradan mərhəmət etməz"
İlahiyyatçıdan mühüm tövsiyə: “Məscidlər qapalıdırsa, evimiz məscid olsun”
Məlahət Rzayeva
08:52 24.08.2020
Cəmiyyət
899
“Ailə çərçivəsində əzadarlıq edək. Quranları evlərimizdə oxuyaq. Vaazları, nəsihətləri hücrələrimizdə dinləyək”
Məhərrəmlik mərasimlərinin keçirilməməsindən narahat olanlar Allahın “Quran-Kərim” vasitəsilə bəndələrinə “özünüzə zülm etməyin” buyruğunu xatırlamalıdır. Koronavirus təhlükəsinin hələ də ciddi xarakter daşıdığı, dünya əhalisini təhdid etdiyi vaxtda kütləvi tədbirlərin qadağan olunması, yoluxmanın qarşısının alınmasında başlıca vasitələrdən biridir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti kütləvi toplaşmaları qadağan edib. Bu qadağa insanların kütləvi toplaşdığı məscidlərə, ziyarətgahlara, ibadət yerlərinə də aiddir, o cümlədən məhərrəmlik, həmçinin Aşura mərasimlərinin keçirilməsi də tövsiyə edilmir.
İlahiyyatçı Ağa Hacıbəyli“Şərq”ə açıqlamasında “inadkarlıq küfrün, itaət islamın şüarıdır” dedi və məhərrəm ayında insanlarımızın qanunlara, tətbiq edilən karantin qaydalarına daha artıq riayət etmələrinin əsl iman və inanc göstəricisi olduğunu bildirdi:
- Kərbəla eşq və şəhadət məktəbidir. O, tərbiyə ocağıdır. Qurana, Əhli Beytə və səhabəyə dəvətdir. Kərbəla danışacaq, zavallılar sussa da. Onun səsini ruhunun qulaqları ilə dinləyənlər eşidər. Biz bu məktəbdən hansı dərsi almalıyıq? Alacağımız dərs, əxz edəcəyimiz nümunə budur; inadkarlıq küfrün, itaət İslamın şüarıdır. Haqqın nuru sönməz.
Ona bağlanmışlar da nur içində yaşarlar. Bəli, sanki dünyamızın qədəri dəyişir. Özü də bir virusla. Çarəsizlik mənzərələri hər ölkədə müşahidə olunur. Bir tərəfdən də keçirilməyən islami ayinlər, bağlı qamış məscidlər, inanan insanların dərdi oldu. Çünki məscidlərdə toplu namaz, dua və zikrlər daha ehtişamlı olur.
Amma diqqət etməliyik, dünyamız görünməyən bir virusla savaşarkən kütləvi ayinlər böyük risq daşıyır. “Korona” məhz belə qalabalıqda ov ovlayır. Qorxu psixologiyasını bir tərəfə atmalıyıq. Tədbirli olmaq önəmlidir. Yeni il - mühərrəm ayının gəlişi bizi Kərbəlaya aparır. Müqəddəs əmanəti daşıyan İmam Hüseyin (ə) yanında olmağın bir vəsiləsi olan yığıncaqlar, əzadarlıq məclisləridir. İmamıza olan sevgi inanan könüllərin tacıdır. Bu əslində ilahi sevgidir.
Bu sevgi içimizdəki yaralara məlhəmdi. Dərdlərimizə dərmandı. Heç bir məna daşımayan daş yığını olan qəlblər bu həqiqəti idrak etməkdən uzaqdı. Lakin tədbirli olmaq ilahi əmrə tabe olmaqdı! Heç təlaşa səbəb yoxdur. Əcəlin səbəbi olmasa da gəliş vaxtı var. Ancaq onu inada bağlamaq İslami deyil. Biz əzadarlığımızı Rəbbimiz üçün ediriksə onu ailəmizlə bərabər edək.
Namazlarımızı ailəcə qılaq. Bu aşuranı Böyük Qədərə inanc içərisində keçirək. Rəhmət qapısı hər zaman açıqdır. İnsanın dəyəri başqalarına etdiyi yaxşılıq qədərdi. Yaxşılıq könül qazanmaqdır. Məhərrəm ayını xeyirxahlıqla yaşayaq. Axı insan yaxşılıq üçün yaradılıb. Əlimizdəki nemətlər əmanətdir. Onları başqaları ilə paylaşmaq Kərbəla məktəbini düşünməkdir.
Rəbbimiz , “əl-Qəsas” surəsində 77 - ayədə buyurur: “Allah sənə ehsan etdiyi kimi sən də insanlara ehsan et" . Gəlin, xeyrin toxumlarını bu dünya tarlasına əkək. Həz. İmam Hüseyin kimi yaşamaq əslində Allah adına var olmaqdır. Zaman birlik zamanıdır. Güclülər gücünü göstərir. Müsəlmanlar isə pərən- pərən olub. Əgər birləşə bilmiriksə hansı üzlə bir- birimizə nəsihət veririk? Zalımın dini yoxdur, onun yalnız mənfəəti var. Hətta Kəbədə belə tavaf dayandı. Qiblə virus səbəbi ilə qapandı. Dünya belə bir hala ilk dəfə şahid oldu. İnsanlara mərhəmət etməyənə Yaradan mərhəmət etməz.
İlahiyyatçı qeyd etdi ki, hazırkı durumda ehtiyatsız addımlar yeni ölümlərə səbəb ola bilər:
- Odur ki, ədalətin təcəllisi üçün mücadilə edən soydaşlarımızın məhərrəm ayında da diqqətli olmaları olduqca zəruridir. Məscidlər qapalıdırsa, səbr edək, evimiz məscid olsun. Ailəmiz də camaat. Ailə çərçivəsində əzadarlıq edək.
Quranları evlərimizdə oxuyaq. Vaazları, nəsihətləri hücrələrimizdə dinləyək. 28 ildir Qarabağ torpaqlarında Aşura keçirə bilmirik. Axı oradakı məscidlərində haqqı var.
Oradakı minbərlər müəzzinsiz qalıb. Dərdimiz çox böyük görünür. Ancaq ən böyük olan Rəbbimizdi. Uca Mövlamız bizlərə intizarda və həsrətdə qalmış yurdlarımızda və yuvalarımızda ibadət haqqını, Şuşa məscidində əzadsarlıq nəsib etsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya