“İlham Əliyev hər bir vətəndaşın Prezidentidir" - Baş yazar
Fidan Həmişəyeva
15:33 21.04.2020
Cəmiyyət
774
“Pandemiya dövründə Azərbaycan hakimiyyətinin atdığı hər addım bir daha dövlət-vətəndaş həmrəyliyini dünyaya nümayiş etdirdi”
“Dünya praktikasında keçirilən sorğular, həmin ölkələrin inkişafına, tərəqqisinə müsbət təsirini göstərir. Ona görə ki, bu sorğular və hesabatlarda ölkə vətəndaşlarının həyata keçirilən siyasətə, Prezidentə dəstəklərinin hansı səviyyədə olduğu açıqlanır, növbəti mərhələdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün daha ciddi səylər göstərilir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib.
Baş redaktor qeyd edib ki, Azərbaycan daim istər ölkə, istərsə də beynəlxalq səviyyəli sorğu mərkəzlərinin apardıqları sorğularda öz liderliyini qoruyur:
“Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri bir daha bu günümüzün reallıqlarını, ən əsası ölkə vətəndaşlarının cənab İlham Əliyevə inam və etimadını nümayiş etdirdi. Sorğunun nəticələrinə əsasən, vətəndaşlarımızın 94,5 faizi Prezident İlham Əliyevə inanır və etimad göstərir”.
V.Rəhimzadə bildirib ki, bütün ölkəni əhatə edən sorğunun nəticələri Azərbaycanın ayrı-ayrı sahələrdə həyata keçirilən təkmil islahatlar nəticəsində qazandığı uğurların təqdimatıdır:
“ “İnam indeksi”nin müəyyənləşdirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrinin təhlili göstərir ki, prezidentin təkmil islahatları fonunda ölkəmizin yeni-yeni hədəflərə doğru irəliləməsi və onlara yüksək səviyyədə nail olması ölkə ictimaiyyətində rəğbət hissini artırmaqla yanaşı, inam və etimadı möhkəmləndirir. Təkcə 2020-ci ilin ötən dövründə Azərbaycanın siyasi, iqtisadi, sosial, xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Virusun ölkələrin iqtisadiyyatında yaratdığı iqtisadi və sosial fəsadların aradan qaldırılması üçün birgə mübarizənin, əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyacın olduğu indiki zamanda Azərbaycan özünün yeni iqtisadi və sosial paketi ilə bu çətinliklərin aradan qaldırılması istiqamətində müsbət nəticələrə nail olur. Ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunur, işsiz və xüsusi karantin dövründə müvəqqəti işsiz qalan vətəndaşlara yardımların verilməsi təmin edilir. Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, cənab İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənir”.
Baş redaktor bildirib ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsası kimi bu gün də öz aktuallığını qoruyur:
“Azərbaycanın həm daxildə, həm də beynəlxalq müstəvidə həmrəyliyin, birliyin gücləndirilməsi istiqamətində atdığı addımlar təqdir olunur. Pandemiyanın, eləcə də qlobal neft böhranının dərinləşdiyi bir dövrdə ölkədə reallaşdırılan genişmiqyaslı işlər vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. Respondentlərin dəstək əmsalı 87, 8 faizdir. Bir statistika da açıqlanır ki, respondentlərin böyük əksəriyyəti, daha dəqiq desək, 93 faizi dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirir. Azərbaycan dövlətinin pademiyaya qarşı mübarizəyə başladığı gündən həyata keçirilən tədbirlərin xronologiyasına diqqət yetirdikdə istər insanların sağlamlığının təminatı, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirlərin kompleks xarakter daşıdığı özünü qabarıq şəkildə büruzə verir. Məqsəd təbii ki, sağlamlığın qorunması, yüksək rifahın təmin edilməsi, iqtisadi tərəqqinin davamlılığını şərtləndirən bazanın möhkəmləndirilməsidir”.
V.Rəhimzadə qeyd edib ki, xalqımız cənab Prezidentin ətrafında sıx birləşir, həyata keçirilən siyasəti dəstəkləyərək gələcəyə doğru inamla addımlayır:
“Pandemiya dövründə Azərbaycan hakimiyyətinin atdığı hər addım bir daha dövlət-vətəndaş birliyini, həmrəyliyini dünyaya nümayiş etdirdi, ölkəmizdə vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya