İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub - YENİLƏNİB
11:32 21.08.2020
Cəmiyyət
519
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
"Sherg.az"xəbər verir ki, dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltuq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının enerjisistemə inteqrasiyasının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.
Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.
Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Qeyd edək ki, bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.
“Qobu” Enerji layihəsi, o cümlədən 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb. Bu layihənin icrası digər sosial məsələdə də əhəmiyyəti ilə seçilir. Belə ki, “Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.
Sonra Prezident İlham Əliyev energetiklərlə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Daha sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Orxan Azadxanov və İbrahim Məmmədov çıxış edərək elektroenergetikanın inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına energetiklər adından minnətdarlıqlarını bildiriblər.
***
12:19
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
"Sherg.az" xəbər verir ki, dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağda məskunlaşmanın əsas şərti ev yox, işdir - Akif Nəsirli
13:13 10.09.2026
Qarabağ
Mеğri icma rəhbəri həbs edildi
12:53 10.09.2026
Region
İngiltərə millisinin sabiq üzvü "Milan"dan ayrılır
12:47 10.09.2026
Futbol
Rusiya hərbi təyyarələri Hindistana enib
12:25 10.09.2026
Dünya
Dünya avqust ayında tarixdəki ən isti ayı yaşayıb
12:07 10.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevdə dron anbarına zərbə endirib
12:03 10.09.2026
Dünya
Məqsədli büdcə fondları ləğv ediləcək
11:57 10.09.2026
İqtisadiyyat
AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb
11:50 10.09.2026
Aktual
İsrail ordusu Qəzzada HƏMAS-a məxsus 3 silah anbarını məhv edib
11:40 10.09.2026
Dünya
II Qareginin işi üzrə məhkəmə iclasının tarixi açıqlanıb
11:17 10.09.2026
Region
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərildi
11:05 10.09.2026
İqtisadiyyat
Trampdan amerikalılara 5 min dollarlıq vəd
10:47 10.09.2026
Gündəm
Anna Akopyan hakim fraksiya ilə görüşəcək
10:15 10.09.2026
Region
“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi
10:09 10.09.2026
Futbol
Xocalı rayonunda mina partlayıb, bir nəfər xəsarət alıb
09:52 10.09.2026
Hadisə