"İlk dəfə deyil ki, dəniz, çimərlik görürük"
Şəymən Bayramova
09:00 12.08.2020
Cəmiyyət
819
İnfeksionist hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıb
Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra dənizə böyük axın müşahidə olunur. Xüsusilə də həftə sonları vəziyyət idarəolunmaz hal alıb. Qaydalara əsasən vətəndaşlar "cimerlik.az" portalı vasitəsilə hansı çimərliyin boş olduğunu öyrənə bilərlər. Lakin bir çox vətəndaş portala baxır və özlərinin əvvəlcədən müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Bu isə sıxlığa səbəb olur və virusun yayılma riskini artırır.
Karantin qaydalarına riayət etməklə dəniz kənarında dincəlmək, günəş şüası insan üçün nə qədər çox xeyirli olsa da, pandemiyanın tələblərinə əməl edilmədikdə bu hal təhlükəli vəziyyət yaradır.
Mütəxəssislər də hesab edir ki, çimərliklərdə müşahidə edilən sıxlıq koronavirusla mübarizədə əldə olunan müsbət nəticənin itirilməsinə təkan verə bilər.
İnfeksionist Süleyman Kamilovun sözlərinə görə, çimərliklərdə müşahidə olunan sıxlıq yoluxmanı yenidən artıra bilər. Həkim hesab edir ki, çimərliyə gedənlərin böyük əksəriyyəti sahildə maska taxmadığı üçün yaxın məsafədən virus keçə bilər:
"Ona görə də hər kəs öz sağlamlığının qeydinə qalmalı və fərdi olaraq şəxsi izolyasiya qaydalarına əməl etməlidir.
Bu qaydalara əməl etməyin könüllülük prinsipinə söykənmədiyini vurğulayan həkim deyib ki, bizim kiçik bir səhlənkarlığımız bu virusa yoluxma sayını yenidən artıra bilər. Vətəndaşları sıxlıq olmayan çimərliklərə getməyi və qaydalara əməl etməyi tövsiyə edirəm.
İlk dəfə deyil ki, dəniz, çimərlik görürük.
Hər il dəniz mövsümü açılır və insanlarımız da yetəri qədər istirahət edib əylənirlər. Pandemiya bəlası bitdikdən sonra da həyat öz axarında davam edəcək və insanlar istədiyi qədər dənizdə çimib, sahildə dincələ biləcəklər.
Bu baxımdan indiki mərhələdə pandemiya dövrünün şərtlərinə uyğun davranıb, əhalinin və özümüzün sağlamlığı üçün daha ehtiyatlı olmalı və vətəndaş məsuliyyəti nümayiş etdirməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya