İlk dəfə ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Konstitusiya Günü...
Fidan Həmişəyeva
12:02 12.11.2020
Cəmiyyət
794
Prezident İlham Əliyevin son günlər sərgilədiyi duruş Qarabağ savaşının zirvə nöqtəsi oldu. Ali baş komandan 44 günlük zəfər yürüşündə bir an belə gözünü yummadı. Bir an da olsun proseslərdən diqqətini yayındırmadı. Ölkə başçısı soyuq səngərlərdə vətən torpaqlarının bütünlüyü uğrunda canını fəda edən əsgərlərimizlə birgə nəfəs aldı. Azərbaycan torpaqları artıq bütündür, tamdır. Bütünlükdən söz düşmüşkən, bu gün 12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci ildə ümumxalq səsverməsi ilə Konstitusiyamız qəbul edilib. O zaman Azərbaycan pərən-pərən idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir çatı altında toplamaq üçün gecəli-gündüzlü çalışmaqdaydı.
Kifayət qədər çətin dövr idi. Aclıq bir yandan, qaçqın və köçkün dərdi o biri yandan, Azərbaycanda bölücülüyü körükləyib bizi darmadağın etmək istəyənlər də digər yandan. Ulu Öndər bütün bunları yığıb-yığışdırmaq, milləti bir bütün halına gətirmək üçün çalışırdı. Ona görə də vətəndaşlarımızı vahid ideya altında birləşdirəcək qanuna ehtiyac vardı. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiya da bu məqsədə xidmət edirdi.
Konstitutsiyamızın qəbul edildiyi 25 illik şərəfli yolu “Sherg.az”a dəyərləndirən Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyev Ulu Öndərin atdığı təməllər üzərində möhtəşəm bir Azərbaycan yüksəltdi. İndi biz o illərin Azərbaycanı deyilik və qalib millətik:
“12 noyabr 2020-ci ildə Azərbaycan tarixdə ilk dəfə ərazi bütövlüyünün təmin edilməsi şəraitində Konstitusiya Gününü qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Artıq vətən torpaqlarının bir parçası işğal altında deyil. Torpağımızın tamamı bizimdir. Bəzi bürokratiya məsələləri qalıb, onlar da yaxın günlərdə həll ediləcək. Düşmən Azərbaycan torpaqlarını öz sahibinə qaytarmağa məcbur olub”.
Ə.Nuriyev qeyd edib ki, artıq ali qanunlarımız ölkənin bütün ərazisində istisnasız qüvvədədir:
“Bütün bunlar cənab Prezident sayəsində mümkün oldu. O, sadəcə bir dövlət başçısı yox, hərbi dühası yüz illər bundan sonra da araşdırma mövzusu olacaq ən uğurlu Ali baş komandandır. İlk dəfə ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Konstitusiya Günümüz mübarək olsun!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət