İmişlidə 73 nəfərin zərər çəkdiyi kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
13:43 08.10.2025
Cəmiyyət
461
İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur: "Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir.
Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər".
Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə