İndi də bərəkətli dönəm başlayır
Turan
20:36 19.02.2021
Cəmiyyət
566
Türkiyənin 4 mindən artıq şirkəti Azərbaycana investisiya yatırıb
"Qardaş ölkə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərində də yaxından iştirak edəcək"
Xəbər verdiyimiz kimi, fevralın 18-də Ankarada Baş nazir Əli Əsədov və qardaş ölkənin Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. Forumda iki ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər iştirak ediblər. Baş nazir Əli Əsədov bildirib ki, azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir.
Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə inkişafına təkan verildiyini deyən baş nazir bunun ölkələrimiz arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına imkan yaradacağını vurğulayıb: “Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Mühüm infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi ötən il 2 dəfə artıb”. Baş nazir əlavə edib ki, türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar: “Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq”. Türkiyənin Vitse-prezidenti Fuat Oktay da öz növbəsində bəyan edib ki, Türkiyə ilə Azərbaycan bir-birinin, sadəcə, qanı və canı ilə qardaşı deyil, eyni zamanda, ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir. Türkiyənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında fəal iştirak edəcəyini bildirən Vitse-prezident deyib ki, Naxçıvan ilə Azərbaycanın digər bölgələri arasında planlaşdırılan dəhlizin açılması ilə Bakı Mərkəzi Asiya bölgəsində önəmli logistik mərkəz halına gələcək.
Mühüm Forumla bağlı “Şərq”ə danışan millət vəkili, iqtisadçı-ekspert Azər Badamov deyib ki, Baş nazir Əli Əsədovun rəhbərliyi altında nümayəndə heyətimizin Türkiyəyə səfəri ölkələrimiz arası iqtisadi əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi baxımından çox məhsuldardır. Deputat bildirib ki, səfər çərçivəsində hökumətlərarası 11 saziş imzalanıb:
“İmzalanmış hər bir sazişin arxasında böyük hədəflər dayanır. Atılan bütün addımlar, imzalanan sənədlər iqtisadi və dostluq əlaqələrinin daha da inkişafına hesablanıb. Qardaş ölkə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflənib. Məlumdur ki, Azərbaycanın 2 mindən çox şirkəti Türkiyəyə investisiya yatırıb və orada fəaliyyət göstərirlər. O cümlədən Türkiyənin 4000-dən artıq şirkəti Azərbaycana investisiya yatırıb. Qardaş ölkə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərində də yaxından iştirak edəcək”.
Parlament üzvü qeyd edib ki, torpaqlarımızın azad olunması yeni nəqliyyat dəhlizlərini aktuallaşdırıb:
“Üç il əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunda daşınmalar hər il artmaqdadır. Ona görə də Azərbaycanın təklif etdiyi 3+3 formatında yeni regional əməkdaşlıq platforması daha da aktuallaşmaqdadır. Türkiyə-Azərbaycan arasındakı bütün sahələrdə münasibətlər “iki dövlət bir millət” prinsipinə əsaslanıb. Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə yoxdur.
Ölkələrimiz arasında gediş-gəlişin sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkün olması Türkiyə-Azərbaycan əlaqələrini ən pik həddə çatdıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
02:22 22.06.2026
Dünya
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya
İsrail Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyini açıqladı
16:57 21.06.2026
Dünya