İndi hər şey açıqdır !- “Erməni vəhşiliklərini dünyaya göstərəcəyik"
08:25 25.11.2020
Cəmiyyət
494
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib:”Bu, yenə də erməni vandalizminin bir əlamətidir".
Qeyd edək ki, uzun illər sonra torpaqlarımızın düşmən tapdağından azad olunması, dövlətimizin ərazi bütövlüyünün bərpası bizə çox qürurverici anlar yaşatdı. Bununla belə işğaldan azad olunmuş ərazilərdə gördüklərimiz bizi bir o qədər sarsıtdı. Tarixi abidələrimizin dağıdılması, təbiətimizin məhv edilməsi, milli və təbii sərvətlərimizin talan edilməsi heç də xoşagələn bir hal deyil. Əslində ermənilərin bu hərəkətləri bizim üçün təəccüb doğurmur. Onların nə qədər vəhşi və qəddar olduğu bizə əvvəldən-Qarabağı işğal edəndə göstərdiyi xüsusi amansızlıqla törədilmiş cinayətlərdən məlumdur. Sözün əsl mənasında yırtıcı heyvan olan bu tayfa həmin yerlərdə qabaqlarına çıxan hər şeyi darmadağın edib. Bunu artıq sadəcə biz yox bütün dünya görür. Biz bütün dünyaya ermənilərin nə qədər vəhşi bir məxluq olduğunu sübut etmək üçün əlimizdə olan faktların hamısını beynəlxalq ictimaiyyətin önünə sərəcəyik.
Məsələ ilə bağlı fikirlərini "Sherg.az" la bölüşən Trend informasiya agentliyi baş direktorunun müavini, millət vəkili Sevil Mikayılova qeyd edib ki, 30 il ərzində işğal altında olan torpaqlarımızda mədəniyyətimizə və tariximizə qarşı bu cür ağlasığmaz vəhşiliklərin törədilməsinin şahidi olmuşuq. Ermənilər bizim mədəni-tarixi abidələrimizə qarşı qəbulolunmaz hərəkətlər edirlər.Biz vaxtaşırı olaraq bir çox beynəlxalq təşkilatlara bu haqda məlumatlar vermişik:
"Füzuli rayonunun işğaldan azad olunmuş Kürdlər kəndindəki bu hadisə bir daha dünyaya ermənilərin necə biri olduğunu sübut etdi. Xarici ölkələrdən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən diplomatik nümayəndələr, hərbi attaşelər və səfirlər öz gözləri ilə gördülər ki, düşmən bizim sərvətlərimizi talan etməklə məhdudlaşmayıb.
Hətta insan üçün müqəddəs olan bir yeri də vəhşicəsinə dağıdıb, öz mənafeləri uğruna istifadə ediblər. Onların bu fəaliyyəti qeyri-qanuni olmaqla, eyni zamanda insanlıqdan kənar bir hərəkətdir. Bu halları xarici ölkələrdən Azərbaycana akkreditasiya olunmuş şəxslərə canlı olaraq göstərmək bizim üçün çox müsbətdir.
Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalarda təşkilatlarda həyəcan təbili çalaraq bildirib ki, bu ərazilərdə Ermənistan Azərbaycan irsini, varlığını silmək üçün əlindən gələni edir. Cənab Prezident bu yöndə danılmaz fəaliyyət göstərib və hər zaman bunu beynəlxalq birliyin diqqətinə çatdırıb.
Həmin ərazilər işğal altında olduğu üçün biz onları bu cür əyani şəkildə göstərə bilmirdik. O cümlədən, Ermənistan da bu yerlərə digər şəxslərin gəlməsini, burada fakt- araşdırıcı missiya həyata keçirməyini istəmirdi və heç bir halda icazə vermirdi. 30 il müddətində bu ərazilər tam qapalı şəkildə saxlanıb.
Sadəcə 2 dəfə BMT-nin fakt-araşdırıcı missiyası bu ərazilərdə səfərdə olub və sonra beynəlxalq ekspertlər üçün qapıları tamamilə bağlayıblar. Onlar çox yaxşı bilirdilər ki, törətdikləri bu vəhşilikləri dünya görsə qınayacaq.
Buna görə də beynəlxalq təşkilatların nümayəndələrindən heç kimi ora buraxmırdılar. İndi isə hər şey açıqdır, göz önündədir. Biz bu vəhşiliklərini bütün dünyaya nümayiş etdirəcəyik və ermənilərin necə barbar olduğunu hamıya göstərəcəyik".
S.Mikayılova həmin ərazilərdə aparılan bərpa işlərinə beynəlxalq təşkilatların da dəvət edilməsinin müsbət hal olduğunu bildirib:
"Azərbaycan artıq bu ərazilərdə fəaliyyətə başlayıb. Düşünürəm ki, torpaqlarımız tam şəkildə düşməndən azad olunandan sonra burada aparılan bərpa işləri nəticəsində həmin yerlər yenidən abadlaşdırılacaq".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm