İnfeksionist: “Koronavirusa qalib gələ bilərik, bir şərtlə ki...”
Şəymən Bayramova
16:43 10.04.2020
Cəmiyyət
784
Cəmiyyət olaraq şəxsi gigiyena və karantin rejiminin qaydalarına uyğun hərəkət edək”
“Hamımızın yumruq halında birləşib həll edə biləcəyimiz bir problemdir”
Azərbaycanda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil.
İnfeksiyaya yoluxanların sayı həndəsi silsilə ilə artır. Dünənə olan statistikaya görə, Azərbaycanda 104 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 38 nəfərin sağaldığı bildirilib. Bir koronavirusa yoluxmuş xəstə isə vəfat edib.
Bununla da ölkədə indiyədək koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı isə 9-a çatıb.
Həkim-İnfeksionist Süleyman Kamilovun dediyinə görə, virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə bağlıdır:
“Bəzi insanların səhlənkarlığı, xəstəliyə hələ də bir oyun kimi baxmaları vəziyyəti gətirib bu həddə çatdırıb. Ola bilər ki, koronavirus kimin üçünsə adi bir qrip virusudur, başqa biri bu infeksiyanı ayaqüstdə keçirə bilər. Lakin xüsusi risk qrupuna aid olan şəxslər üçün koronavirus kifayət qədər ağır, hətta ölümcül bir virusdur. Bir çoxlarının oyuncaq hesab etdiyi “COVİD” 19 yaşlı insanların, xroniki xəstələrin ölümünə səbəbə ola bilər. İnsanlarımız bunu dərk etməli və ona uyğun davranmalıdır.
İnanın ki, bütöv cəmiyyət olaraq şəxsi gigiyena və karantin rejiminin qaydalarına uyğun hərəkət etsək, biz koronavirusa qalib gələ bilərik. Təhlükə nə qədər ciddi olsa da, bir millət və dövlət olaraq hamımızın yumruq halında birləşib həll edə biləcəyimiz bir problemdir”.
Xəstə şəxslərlə kontaktda olmayan adamlarda belə virusun aşkarlanması iddialarına gəldikdə isə həkim deyib ki, ünsiyyətdə olduğumuz hər hansı bir insanın koronavirus daşıyıcısı olub olmadığını biz bilə bilmərik. “COVİD 19” infeksiyasını əksər hallarda asemptomatik gedişi mövcudddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat