İnfeksionist: “Yüngül gedişli xəstələr qəflətən ağırlaşa bilirlər”
Şəymən Bayramova
12:46 27.06.2020
Cəmiyyət
865
“Buna görə də evdə müalicə zamanı mütləq həkim nəzarəti olmalıdır”
“Təyinata uyğun olmayan dərmanların qəbulu ciddi fəsadlar verə bilər. Yersiz antibiotik qəbulu da təhlükəlidir"
Koronavirus pandemiyası dünyada yenidən kəskinləşməkdədir. Təəssüflər olsun ki, Azərbaycanda da yoluxanların və həyatını itirənlərin sayında artımlar var. Koronavirusa yoluxma sayı həddindən artdığı üçün xəstəxanalarda çarpayı və həkim çatışmazlığı yaranıb.
Bu faktı “Sherg.az”a təsdiqləyən həkim-infeksionist Süleyman Kamilovun sözlərinə görə, xəstəxanalarda həkim çatışmazlığı kadr azlığı ilə bağlı deyil:
“Sadəcə həkimlərin bir çoxu öz sağlamlığını itirməkdən və koronavirusa yoluxmaqdan qorxurlar. Bəzi həkimlər isə bu işin peşəkarı olmadıqları üçün kənara çəkilir, koronaviruslu xəstələrin müalicəsində iştirak etmirlər. Amma yoluxma sayının artması səbəbindən bəzən xəstəxanalarda çarpayı sayının problemlər yaratması həqiqətdir. Məhz bu səbəbdən də klinik vəziyyəti və simptomları nisbətən yüngül olan xəstələrin evdə müalicəsi məsləhət bilinir”
İnfeksiya zamanı ağırlaşmaların istənilən an olma ehtimalına gəldikdə isə infeksionist deyib ki, dəfələrlə yüngül gedişli xəstələrin qəflətən ağırlaşması müşahidə edilib:
“Buna görə də evdə müalicə zamanı mütləq həkim nəzarəti olmalıdır. Xəstədə ani ağırlaşmalar hiss olunduğu zaman da təcili tibbi yardıma xəbər etmək mütləq şərtdir. “COVİD- 19” pozitiv olan asemptomatik və yüngül gedişli xəstələrin evdə özbaşına dərman qəbulu yolverilməzdir.Təyinata uyğun olmayan dərmanların qəbulu daha ciddi fəsadlar verə bilər. Eyni zamanda yersiz antibiotik qəbulu insan sağlamlığı üçün təhlükəlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə