Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Eyni zamanda, SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılacaq.
“İnfeksiyanın yoluxma zənciri qırıla bilər” – Qaydalara əməl edək !
Şəymən Bayramova
15:26 18.07.2020
Cəmiyyət
839
“Dövlətin qəbul etdiyi bütün qərarlar vətəndaşların təhlükəsizliyi üçündür və hamı bunu dəstəkləməlidir”
Azərbaycanda ölkə üzrə karantin rejimi növbəti dəfə uzadılıb.
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sərtləşdirilmiş xüsusi karantin rejiminin 5 avqust saat 06:00-dək davam etməsinə qərar verilib.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Eyni zamanda, SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılacaq.
Karantin rejiminin daha iki həftə uzadılması vətəndaşlar arasında narazılıqla qarşılansa da, aidiyyəti şəxslər COVID-19 infeksiyasına yoluxma dinamikası fonunda karantinin zəruri olduğunu qeyd ediblər. Bildiriblər ki, karantin rejiminin 2 həftə uzadılmasının zərurəti bəzi insanların karantinin tələblərinə məsuliyyətsiz yanaşmasından qaynaqlanır.
Qhtxeber.az" portalının baş redaktoru Sənan Nəcəfov isə "Sherg.az"a açıqlamasında deyib ki, növbəti 2 həftə ərzində nəzarət güclənərsə və insanların hərəkətinə məhdudiyyət qoyularsa, infeksiyanın yoluxma zənciri qırıla bilər. Bu da xəstələnənlərin sayının azalmasına gətirib çıxarar. Onun sözlərinə görə, dövlətin qəbul etdiyi bütün qərarlar vətəndaşların təhlükəsizliyi üçündür və hamı bunu dəstəkləməlidir:
"Aylardır evdə qaldığımız üçün hamının səbri tükənib, əsəbləri pozulub, cəmiyyətdə ümumi gərginlik var. Bütün bunlar başa düşüləndir. Amma mümkün mübarizə sistemini qəfil dayandırıb, insanlara birdən sərbəstlik vermək də düzgün deyil.
Aprelin sonu-mayın əvvəllərindəki yumşalmanı yenidən təkrarlamaq böyük problemlər yaradar.
Gündəlik yoluxma sayı yenicə 500-dən aşağı düşüb, sağalan sayı yoluxan sayından çoxdur və bu müsbət dinamikanı möhkəmləndirmək lazımdır.
Növbəti 14 gündə sağalma yoluxmanı bir az artıq üstələsə, bu xəstəxanalarda yerlərin boşalması, xəstələnmiş həkimlərin sağalması və yoluxanlar arasında bir az səngimə yaranar.
Bəli, çətindi, çox çətindi, amma bunu etməyə bilmərik. Biz bütün hallarda bu virusa qalib gəlməliyik.
Nəzərə alaq ki, xəstəxanaların dolması, tibb personalının çatışmaması və texniki avadanlıqların tab gətirməməsi kimi böyük və təhlükəli səhiyyə böhranındna güclə dönmüşük. Futbol dili ilə desək, qapımıza gedən top dirəkdən qayıdıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm