İnsanlar, talelər müxtəlifdir: Möhkəm ailə qurmaq üçün tərəflər bir-birini ən azı 2 il tanımalıdır
Məlahət Rzayeva
10:23 28.01.2020
Cəmiyyət
1031
Boşanmaların sayında artım var. Statistika Komitəsi 2019-cu ildə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı barədə rəqəmləri açıqlayıb. Xəbərdə bildirilir ki, 2019-cu ildə ölkədə 58 min 317 nikah bağlanıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur. 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınmışdı. 2019-cu ildə ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur. Çünki 2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub.
Təbii ki, evliliklərin sayı boşanmalardan artıqdır. Amma boşanmaların sayının ötən illə müqayisədə artması nədən xəbər verir. Qeyd edək ki, boşanmalarla bağlı fikir bildirən mütəxəssislər bir neçə amil sadalayır, cütlüklərin xaraktercə uyğunsuzluğundan başlamış, sosial problemlər, iqtisadi çətinliklər, hətta kənar müdaxilələrin də boşanmalara gətirib çıxara bildiyini söyləyirlər.
Psixoloq Fərqanə Mehmanqızı da bir neçə amilin üzərində dayandı:
- Bu gün evliliklər görüntü xatirinədir. Əhali «filankəs toy elədi, möhtəşəm ziyafət təşkil olundu, biz də edək» kimi yanaşmalara bağlanıb. Nikah və boşanmalarla bağlı statistika aparanlar gərək şadlıq sarayları ilə bağlı da statistika aparsınlar ki, toy mərasimləri harada, hansı şadlıq sarayında, hansı «plaza»larda keçirilib? Onda görünəcək ki, nişan, toy mərasimləri ən bahalı şadlıq sarayları, əyləncə mərkəzlərində keçirilib. Deməli, insanlar bunu görüntü üçün edir. İki nəfər biri-birini sevirsə və evlənməyə qərar verirlərsə, toyun harada keçiriləcəyi önəmli olmamalıdır. Son dövrlər bir halı da müşahidə edirəm. Televiziyalarda qızıllar, ləl-cəvahirat reklam olunur, həm də ağır qızıllar, hansı ki, adətən gəlinlər üçün alınır. Deməli, bu yenə görüntü üçün və kimlərinsə qarşısında üstün görünmək istəyidir.
Baxın, son bir ayda nə qədər toy dəvətləri alıb ətrafdakılar. Evliliklər artır, boşanmalar da artır. Evlənirlər, 3-4 aydan sonra boşanırlar. Səbəb nəyi göstərirlər? “Qəlbimi qırıb”, deyirlər. 20-30 illik ailə həyatı yaşayanların heçmi qəlbi qırılmayıb? Həyat yoldaşları tərəfindən heçmi şiddət görməyiblər? Hər ailədə söz-söhbət, dava-dalaş ola bilər. Bəs uzun illər birgə ailə həyatı yaşayanlar necə dözür? «Qürurum var» deyirlər. Boş sözlərdir. Məgər bizim nənələr, ana-bacılarımız qürursuz, şərəfsiz idi?! Sadəcə, son illərdə özünü bəyənən, saxta qürur təəssübkeşləri əmələ gəlib. Sözləri biri-birinin boğazından keçmir. Valideynlər də məsləhət vermək, gərginliyi azaltmaq, tərəfləri barışdırmaq əvəzinə alovu daha da körükləyirlər.
F.Mehmanqızı bildirdi ki, hazırda gənclər biri-birinə yaxınlaşıb münasibət qurmaqdan çəkinir:
- Oğlanlar açıq-aşkar deyir ki, qızlara yaxınlaşıb münasibət yaratmaqdan qorxuruq. Qıza yaxınlaşıb salam verən kimi deyir, gəl, evlənək. Deməli, yenə görüntü yaratmaq məsələsidir. Qısa zamanda evlənib ailə qurmaq istəyirlər, bir ildən sonra boşanma üçün müraciət edənlər, deyirlər, xasiyyətimiz tutmadı. Bir ildə bu xasiyyət nə tez dəyişdi? Bəs sən bu adamı sevib evlənməmişdin? “Elə ailələr var, sevgi üzərində qurulur, amma 1-2 ildən sonra ayrılırlar, eləsi var, əvvəldən heç tanımayıblar biri-birini, amma xoşbəxt yaşayırlar”, tipli mülahizələr üzərində dayanmaq doğru deyil. Psixologiyada belə yanaşma var: istisnalar nümunə deyil. İnsanlar, talelər müxtəlifdir. Möhkəm ailə qurmaq üçün tərəflər biri-birini ən azı 2 il tanımalıdır. Amma bizim cəmiyyətdə bu xeyli çətin görünür. Ənənələr buna mane olur. Valideynlər cəmiyyətdəki dəyişikliyi qəbul etməlidir. “Mən belə olmamışam, biz bu cür evlənmişik” deyib övladından da bu cür hərəkət etməsini gözləmək, ummaq lazım deyil. Ailə qurmazdan əvvəl cütlüklər bir-birini tanımalıdır. Xasiyyətlərinə, yaşam tərzlərinə bələd olmalıdır. Birdəfəlik bunu qəbul edək ki, indiki gənclər 19-20-ci əsrdəki baba-nənələrimiz deyil. Dəyərlər də dəyişib, qaydalar da.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya