“İnsanlar toya, sanki, borc verməyə gedirlər” – Məzmun dəyişsin !
Fidan Həmişəyeva
16:12 23.06.2020
Cəmiyyət
889
“Kiminsə toyuna nəmər salırsa, ona borc verdiyini düşünür”
“Həmin adam da toya gəlib iştirak etmirsə, bunu o şəxsə xatırlatmağa çalışır, üzünə vurur, arxasınca sözlər deyir”
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən əsas tədbirlərdən biri də toy mərasimləridir. Bu dövrdə gizli toy mərasimlərinin keçirilməsi və yaxud sadəcə nikah bağlamaqla yeni ailələlər qurulmasını müşahidə edirik.
Bu məsələyə dair millət vəkili Musa Quliyev pandemiya zamanı toyların baş tutması üçün müəyyən normaların müəyyən edilməsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, Dünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələrin mütəxəssisləri koronavirus pandemiyasının hələ bir müddət davam edəcəyini proqnozlaşdırır:
“Biz artıq epidemiya şəraitində yaşamağa öyrəşməliyik və həyat tərzimizi ona uyğun qurmalıyıq. Ona görə də artıq 400-500 nəfərlik toylardan imtina etməliyik. Təbii ki, toy insanların bir arzusudur və bunu uzun müddət təxirə salmaq olmaz. Ancaq əvvəlki təmtəraqlı toyların keçirilməsi indiki vəziyyətdə mümkün deyil. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu şəraitə uyğun təlimatlar hazırlaya, normalar müəyyən edə bilər.
Misal üçün, toyda iştirak edəcək insanların sayı, buna uyğun yemək sifarişi və toyun davam etmə müddəti müəyyən edilməlidir. Çünki virus qapalı məkanda müəyyən zaman daxilində yolxucu konsentrasiyanı toplaya bilir.
Məsələn, toya 30 adam gəlibsə və onun biri virus daşıyıcısıdırsa, həmin şəxs asqırdığı və ya öskürdüyü zaman dərhal yanındakı insanı yoluxdura bilər, hətta asqırıb-öskürmədiyi halda belə tənəffüs vasitəsilə 50 dəqiqə ərzində ətrafa virus yaya bilər. Ona görə də toylar üçün müəyyən bir müdddət qoyulmalı, məclisə az sayda insan cəlb olunmalı, sosial məsafə gözlənilməlidir.
Toyların maska ilə keçirilməsini təsəvvür edə bilmirəm. Bu qədər çağırışlara və cərimələrə baxmayaraq, insanlar küçələrdə və marketlərdə maska taxmırlar, o ki qaldı toya maska ilə gedəcəklər. Bu, bir az real deyil. Ancaq insan sayını azaltmaq, ən azı girişdə insanların hərarətinin ölçülməsi, burun-boğazda axıntı və ağrıların olmasını müəyyənləşdirmək də vacibdir. Bir də toyda iştirak edənlərin siyahısı olmalıdır və onlar da toydan sonra bir neçə gün ərzində nəzarətdə saxlanılmalıdır”.
Evlənmək üçün toyun vacib olmadığını deyən sosioloq Lalə Mehralı “Sherg.az”a açıqlamasında bildirib ki, nikah olubsa, tərəflər artıq evlidirlər, amma toy olmayıbsa, heç kim onları evli hesab etmir. Sosioloqun sözlərinə görə, sanki restoranda toy olmasa, musiqiçilər haray çəkməsə, gənclərin evliliyi qəbul olunmur:
“Nikah olubsa, bu, evlilik sayılır və tərəflər bir evdə yaşaya bilərlər. İnsanlar tanıyıram ki, nikahları kəsilib, amma toy edə bilmədikləri üçün bir evdə yaşaya bilmirlər. Ola bilsin ki, mental düşüncələr bu məsələdə öz təsirini göstərir. Amma karantin zamanı qaydalar çərçivəsində toy etmək üçün çox məqama diqqət etmək lazımdır: sosial məsafənin saxlanması, sağlamlıq haqqında əminlik, yəni mərasimin təşkilatçıları-yemək bişirənlər, qulluq edənlərin sağlamlığı qaydasında olmalıdır. Belə xırda və vacib məqamlara əməl edilsə, hər formada toy etmək mümkündür”.
L.Mehralı qeyd edib ki, 500 nəfərlə toy etməklə 10 nəfərlə toy etməklə eynidir:
“Əslində 500 nəfərlik toy edib, o boyda borcun-xərcin altına girib, sonra stresslə qazandığını borclara ödəməyin bir mənası yoxdur. Hesab etmirəm ki, bu istirahətdir. Xeyr. Bu, işgəncə, insanların özlərinə etdiyi pislikdir. Mənası yoxdur ki, ömür boyu işləyib “toyuma gəlmiş insanlar var, onların toyuna getməliyəm” kimi yaşayasan. İnsanlar kiminsə toyuna, sanki, borc verməyə gedirlər. Kiminsə toyuna nəmər salırsa, ona borc verdiyini düşünür. Sabahısı gün həmin adam toya gəlib iştirak etmirsə, hər vəziyyətdə bunu həmin şəxsə xatırlatmağa çalışır, üzünə vurur, arxasınca sözlər deyir. Toyları bu konteksdən çıxarmaq lazımdır. Elə etmək lazımdır ki, insanlar bir-birinin xoş günündə yanında olmaq üçün toya getsinlər. Nəmər, hədiyyə kimi məsələlər öndə olmamalıdır. Məhz pandemiya dövrü bir fürsətdir ki, toylarımızı bu konteksdən çıxaraq. Necə ki, vaxtilə yaslarımızı dəbdəbədən uzaqlaşdırıb sadə yas mərasimləri edə bildik, toylarımızı da belə edə bilərik. Sadəcə, bunun üçün əzm, iradə və mütləq maariflənmə lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya