İnsanları evdə saxlamaq düzgün deyil
Şəymən Bayramova
09:45 13.08.2020
Cəmiyyət
830
Gündəlik 500-600 nəfərin koronavirusa yoluxması fonunda bugünkü statistikada 94 nəfərin yoluxması bizim üçün ümidverici bir haldır
Operativ Qərargahın karantin rejimini yumşaltması məqsədəuyğun idi
Son iki gündə koronavirusa yoluxma sayında cüzi də olsa artım müşahidə olunur.
Halbuki, uzun müddət davam edən sərt karantin rejimi dövründə yoluxma hallarının sayı 74-ə qədər enmişdi. Lakin gündəlik yoluxma sayı dünən 84, bu gün isə 93-ə qədər yüksəlib. Bu isə haqlı olaraq cəmiyyətdə müəyyən narahatlıq doğurur. Səbəb kimi də sərt karantin rejiminin yumşaldılması, bir sıra qadağaların aradan qaldırılması göstərilir. Deməli, yumşalma tədbirləri davam edəcəyi təqdirdə əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayacaq.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə "Sherg.az"a açıqlamasında statistik rəqəmlərdə bu cür dalğalanmaların olmasını təbii hesab edir: "İndiki halda sözügedən artımı epidemioloji vəziyyət üçün ciddi təhlükə hesab etmirəm. Bütün dünya ölkələrinin gündəlik yoluxma statistikasında bu cür dalğalanmalar olur.
Yoluxanların sayının 15-20 nəfər aşağı-yuxarı olması ümumi vəziyyətə təsir etmir. Fakt odur ki, koronavirus infeksiyası hələ də aktivdir və gündəlik yoluxmalar olur. Virus tamamilə məhv olmayana qədər bu cür dalğalanmaların olması normal bir haldır.
Düzdür, bir nəfərin belə infeksiyaya yoluxması bizim üçün risk faktoru daşıyır. Amma gündəlik 500-600 nəfərin koronavirusa yoluxması fonunda bugünkü statistikada 94 nəfərin yoluxması bizim üçün ümidverici bir haldır".
Karantin rejimi yumşalandan sonra həkimlərin həyəcan və narahatlıqlarının daha da artdığını vurğulayan infeksionist hesab edir ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından və karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır:
"Təbii ki, uzun müddət insanları da sərt karantin rejimində, evdə saxlamaq düzgün deyil. Sosial izolyasiya, şəxsi gigiyena və digər karantin qaydalarına əməl etmək şərti ilə Operativ Qərargahın karantin rejimini yumşaltması məqsədəuyğun idi. Bütün dünya ölkələrində bu proses icra olunur. Səlahiyyətli qurumlar öz tövsiyələrini verir, özünün və yaxınlarının sağlamlığına önəm verən insanlar da bu qaydalara əməl edir.
Bizim insanlarda isə karantin rejiminin yumşaldılması pandemiyanın yoxa çıxması təsəvvürünü yaradır. Karantin qaydalarına əməl etməyən insanlar təkcə öz həyatlarını deyil, fərqində olmadan əzizlərinin və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya