“İnsanlarımız məsuliyyətli davransa, yoluxma sayı azalacaq”
Şəymən Bayramova
11:30 05.04.2020
Cəmiyyət
1533
“Xalqımızı Operativ Qərargahın qərar və qaydalarına tam əməl etməyə səsləyirəm”
Azərbaycanda koronavirusa yoluxanların sayı getdikcə çoxalır. İlk günlərdə bir rəqəmli olan artım, sonrakı günlərdə iki rəqəmliyə keçib.
Həkim- infeksionist Vüqar Cavadzadə də “Sherg.az”a söyləyib ki, virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə bağlıdır:
“Vətəndaşların virusu ciddiyə almaması, hətta əvvəlcə tətbiq olunan karantin rejimi, daha sonra xüsusi karantin rejiminə də laqeyd münasibəti yoluxma faklarının artmasına gətirib çıxardı.
Ya insanlar bu pandemiyanın nə dərəcədə təhlükəli olduğunu anlamır, ya da anlamaq istəmir. Düşünürəm ki, son karantin tədbirləri insanlarımızı daha məsuliyyətli olmağa vadar edəcək və növbəti günlərdə yoluxma sayı azalacaq. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa çağırıram.
Bundan başqa, insanları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Operativ Qərargahın qərar və qaydalarına tam əməl etməyə səsləyirəm”.
Həkim hesab edir ki, bir gündə 78 yeni yoluxma faktının qeydə alınması kifayət qədər yüksək artım tempidir:
“İndiyə qədər 521 yoluxma faktı qeydə alınıb, xəstələrdən 32 nəfəri sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da, ciddi artımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya