“İnzibati cəzalarla yanaşı, ictimai qınaq da olmalıdır”
Şəymən Bayramova
14:21 03.07.2020
Cəmiyyət
709
“Maska taxmayanlara vətəndaşlar irad bildirsələr, effektiv nəticələr əldə etmək olar"
“Həm özümüz məsuliyyətli olaq, həm də ətrafımızdakıları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək"
Qapalı yerlərdə maska taxmayan, məsafə saxlamayan vətəndaşlara qarşı cərimələr nəzərdə tutulsada, hər gün mağazalarda, ictimai nəqliyyatda maskasız insanlarla rastlaşırıq. Sağlamlığımızı riskə atann bu şəxslər real vəziyyətin ciddiliyinə, kritikliyinə etinasız yanaşır.
Ölkə ictimaiyyətinin ümumi qənaətinə görə, xüsusi karantin rejimi qaydalarını pozan, məsafə saxlamayan, qapalı məkanlarda maskadan istifadə etməyən insanlara qarşı ictimai qınaq mexanizmi həyata keçirilməlidir.
Bunu görən başqa vətəndaş o cür məsuliyyətsiz insanları tənbeh etməli və başa salmalıdır. Nəzərə alınmalıdır ki, bu virus artıq nə gənc, nə yaşlı fərq etmədən hər kəsə yoluxa bilir. Gələcəkdə bu pandemiya daha geniş vüsət alsa, yoluxan insanların sayı artsa, onlar harada yerləşdiriləcək? Yerləşdirilsə belə, həkimlərin sayı necə artırılacaqmı? Gərək, hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün və ciddi nəticələr çıxarsın.
Həkim-immunoloq Günel Məmmədovanın “Sherg.az”a açıqlamasına görə, xəstəliyin artım dinamikasına səbəb əhalinin əksər hissənin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları və digər mövcud qaydalara əməl etməməsidir:
"Xüsusən də maska taxmayan insanlar ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayır, onların yoluxmasına səbəb olurlar. Hesab edirəm ki, inzibati cəzalarla yanaşı maska taxmayanlara vətəndaşlar irad bildirib, onları qınasalar müəyyən qədər effektiv nəticələr əldə etmək olar".
Həkimin sözlərinə görə, koronavirus infeksiyasından qorunmağın əsas yolu maskadan istifadə və sosial təcriddir:
"Xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir.
Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Koronavirusa yoluxan şəxslər mövcud qaydaları və tələbləri pozaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Hər gün bir neçə ölüm hadisəsi qeydə alınır.
Hazırda reanimasiyada kritik vəziyyətdə olan xəstələrin də sayı az deyil. Hətta elə bir vaxt gələr ki, süni tənəffüs aparatı çatmaya bilər. Ona görə də həm məsuliyyətli olaq, həm də ətrafımızda olanları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə