İranda Şimal-Cənub Dəhlizi üzrə geoloji tədqiqata başlanıb
Yusif Nəzərli
14:32 16.05.2025
Cəmiyyət
420
15 mayda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə İranın şimalında yerləşən Rəşt-Astara dəmiryolu xəttinin keçəcəyi ərazinin 14,2 kilometr uzunluğunda hissəsində geoloji tədqiqata başlanıb.
Bu barədə Trend İranın Yol və Şəhərsalma Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, sözügedən uzunluqda ərazi kənd təsərrüfatı ərazisi olduğu üçün İran hökuməti tərəfindən mülkiyyəti satın alındıqdan sonra, geoloji tədqiqatın aparılması Rusiya tərəfinə təhvil verilib.
Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də, Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
Xatırladaq ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya