İş gedir ! - “Bəyanatın maddələri yerinə yetiriləcək”
Fidan Həmişəyeva
11:11 07.12.2020
Cəmiyyət
471
“Zakir Həsənovla Rüstəm Muradov görüş zamanı üçtərəfli bəyanatdakı bəndlər ətrafında söhbət aparıblar”
“Nə qədər çox görüşlər keçirilirsə, bu, o deməkdir ki, sülhməramlı qüvvələr öz fəaliyyətlərini respublikamızın maraqlarına uyğun olaraq təşkil edirlər”
Ötən həftə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovla görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.
Görüş barədə fikirlərini “Sherg.az”la bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, generalların görüş zamanı bəzi məsələləri müzakirə etməsi narahatlıq doğurmamalıdır:
“Təbii ki, sülhməramlı qüvvələr üçtərəfli bəyanata görə Azərbaycan ərazisində fəaliyyət göstərirlər. Bunun üçün müvafiq qurum əməkdaşları bir-biri ilə təmasda olaraq müəyyən məsələlərin həlli istiqamətində görüşlər keçirməlidirlər. Bu görüşdə də sülhməramlı qüvvələrin ərazimizdə yerləşməsi ilə bağlı tədbirlər müzakirə olunub. Təbii ki, Ermənistan müdafiə naziri ilə yox, Azərbaycan tərəfi ilə müzakirələr aparılır”.
Ş.Ramaldanov qeyd edib ki, üçtərəfli bəyanatdakı maddələri yerinə yetirmək üçün iş prosesi gedir. Bu baxımdan belə görüşlər tez-tez olacaq:
“Generallar görüş zamanı üçtərəfli bəyanatdakı bəndlər ətrafında söhbət aparıblar. Ermənistan tərəfi həmin bəndlərin yerinə yetirilməsində aktiv deyil. Çünki işğalçı qüvvələr artıq ərazilərimizdən çıxıb.
Ona görə də Azərbaycan Müdafiə naziri ilə söhbətlər aparılır. Azərbaycanın müvafiq qurumları ilə nə qədər çox görüşlər keçirilirsə, o deməkdir ki, sülhməramlı qüvvələr öz fəaliyyətlərini respublikamızın maraqlarına uyğun olaraq təşkil edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə