İşğaldan azad olunan torpaqlarda bərəkət var
06:27 01.12.2020
Cəmiyyət
529
Bu regionların sayəsində Azərbaycanın kərə yağına olan tələbatını tam ödəmək olar
"İşğaldan azad edilmiş ərazilərimizin təbii ehtiyatları var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır. Bir real faktı qeyd edim. Hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95 faizini neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir. Yəni mövcud ÜDM-nin 0.12 faizi qədər. Kəlbəcər və Zəngilandakı qiymətli metal istismarının Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil".
Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Ekspertin sözlərinə görə, bu bölgələrin ən böyük potensialı turizmlə bağlı olacaq:
"Bu bölgələrimizdə tibbi turizm üçün unikal imkanlar var. Eyni dərəcədə tarixi və istirahət turizmi üçün də. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər. Burada söhbət ən azı 1.5 milyard dollardan gedir".
Ekspert vurğulayıb ki, bu ərazilərdə aqrar sektorun potensialı üçün böyük imkanlar var: "Yeddi rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 535 min hektar təşkil edir.
Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 290 min hektar təşkil edir ki, ondan da təxminən üçdə ikisi əkinə yararlıdır.
Yerdə qalanı örüş və biçənək torpaqlarıdır. Zəngilan və Qubadlı həm əkinçilik, həm də heyvandarlıq imkanlarına malikdir. Bu 2 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 67 min hektardır ki, ondan təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir.
Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 180 min hektar təşkil edir ki, ondan ən yaxşı halda 15 faizi əkinə yararlıdır. Bu 2 rayonun torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir. Yeddi rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir. Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var.
Xatırladım ki, Azərbaycan kərə yağ idxalının 50 faizini xaricdən alır. Bu asılılıqdan regionların köməyi ilə qurtulmaq olar. Əlavə olaraq, ixrac yönümlü emal edilmiş (konservləşdirilmiş) ət məhsullarının emalının təşkili perspektivlərini araşdırmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya