“İşıqlandırma sistemi “Ağıllı şəhər”in tərkib hissəsidir”
Şəymən Bayramova
11:43 25.05.2020
Cəmiyyət
1859
“Signify” şirkəti bu sahədə bir nömrəli şirkət hesab olunur. Bu cür işıqlandırmadan istifadədə üstünlük qənaətlə bağlıdır”
Elm, texnologiya inkişaf etdikcə, dünya daha çox dəyişikliklərə məruz qalır. "Ağıllı şəhər” (Smart City) layihəsi də bu dəyişikliyin əsas hissələrini özündə ehtiva edir. Dünyada "ağıllı şəhərlər” elm və texnologiyanın ən üst səviyyədə inkişaf etdiyi, cəmiyyətin, insanların həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır.
"Ağıllı şəhər” fikri son illərdə texnoloji şirkətlər və şəhər planını hazırlayanlar arasında çox müzakirə edilən mövzudur. Hesab edilir ki, şəhərlərimizin daha ağıllı hala gəlməsi ilə gündəlik həyatımız daha da asanlaşa bilər.
"Ağıllı şəhər”in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.
Ölkəmizdə də "Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.
Bu barədə “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və
təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında keçirilən videokonfransda deyilib.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Osman Gündüzün sözlərinə görə, ölkəmizin "Signify" kimi aparıcı şirkətlərlə əməkdaşlığı çox uğurlu bir addımdır. “Ağıllı şəhər” layihəsində əvvəllər Bakı, Sumqayıt kimi iri şəhərlər nəzərdə tutulurdusa, Prezidentin çıxışlarından belə anladım ki, bütün ölkə üzrə bu cür rəqəmsallaşma, ağıllı sistemlərin quraşdırılması prosesi gedir:
"İşıqlandırma sisteminə də “Ağıllı şəhər”in tərkib hissəsi kimi yanaşmaq olar. “Signify” şirkəti bu sahədə bir nömrəli şirkət hesab olunur. İndi bunun bir çox üstünlüyü var. Bu cür işıqlandırmadan istifadədə üstünlük qənaətlə bağlıdır. Bizim istifadə etdiyimiz köhnə lampalardan bunların enerjidən istifadə dərəcəsi 7-8 dəfə azdır. Yəni bu, enerjidən 7-8 dəfə az istifadə edəcək. Bu böyük şeydir. Həm də bunların istifadə imkanları hardasa köhnələrdən on dəfəyə qədər çoxdur. Ümumiyyətlə, bütün parametrlərinə görə bu üstündür.
Eyni zamanda, dünya ölkələrinin təcrübəsinə baxanda görürük ki, onlarda tətbiq olunan əsas işıqlandırma texnologiyaları da əsas bundan ibarətdir. Bu gün Azərbaycanın bunu Bakıya gətirməsi və “Ağıllı şəhər” layihəsinin tərkib hissəsi olaraq istifadə etməsi müsbət haldır. Mən o görüşdən belə nəticəyə gəldim ki, “Signify” şirkəti Azərbaycanda “Elektron kənd təsərrüfatı” layihəsində də iştirak edəcək, onun bu sahədə də müəyyən təcrübəsi var. Düşünürəm ki, bu uğurlu bir addımdır, bunun faydasını görəcəyimizə əminəm. “Ağıllı şəhər” layihəsinin tərkib hissəsi olaraq onun tətbiq edilməsi, fikrimcə, çox faydalı addımdır”.
Son dövrlər bu sahədə kadr hazırlığına ciddi əhəmiyyət verildiyini deyən O.Gündüzün sözlərinə görə, artıq ali məktəblər bu istiqamətdə işlər görməyə başlayıblar: “Burada söhbət Azərbaycanda bu sahə üzrə həyata keçirilən kadr hazırlığından, rəqəmsallaşma sahəsinin kadr potensialının formalaşdırılmasından gedir.
Ölkəmizdə informasiya texnologiyaları, kompyuter elmləri, nanotexnologiyalarla bağlı kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilir. Artıq universitetlərin bir çoxunda bu ixtisaslar üzrə qəbullar olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət