“İslahatlar Azərbaycanın bu günü və sabahı üçün mühümdür”
Fidan Həmişəyeva
12:04 04.05.2020
Cəmiyyət
860
“Rüşvətsiz və korrupsiyasız Azərbaycan cəmiyyətinin qurulmasına öz töhfələrimizi verəcəyik”
Bu günlərdə Prezident İlham Əliyevin sərəncamına əsasən Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi. Kamran Əliyev ölkə başçısının yeni sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
Cənab Prezident yeni baş prokuroru videoformatda qəbul edərəkən onun qarşısına mühüm tələblər qoydu. Ölkə başçısı korrupsiyaya qarşı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayaraq K.Əliyevdən gözləntilərini də diqqətə çatdırdı.
Yeni təyinatla bağlı “Sherg.az”a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, Prezident İlham Əliyev uzun zamandır ki, ciddi islahatlar aparır. Həmin islahatlar Azərbaycanın bu günü və sabahı üçün çox əhəmiyyətlidir.
R.Zeyni qeyd edib ki, aparılan islahatlar ictimaiyyətimizdə də yüksək dəyərləndirilir:
“Cənab Prezident islahatların davamı kimi Kamran Əliyevi ölkənin baş prokuroru təyin edərkən videoqəbulda bundan sonra Azərbaycanın korrupsiya və rüşvətxorluğa qarşı mübarizəsində prioritet istiqamətləri qeyd etdi. Ölkə başçısı dövlət idarəetməsində, kadrlar islahatlarının aparılmasında, ölkəmizin iqtisadi inkişafında, Azərbaycanda demokratik dəyərlərin bərqərar olmasında, bundan sonra ölkəmizin gələcək inkişafını təmin etməklə əlaqədar tövsiyələrini proqam xarakterli çıxışında bildirdi. Prezident çıxışında xüsusi məqamları da dilə gətirdi.
O bildirdi ki, bəzən etimad göstərdiyimiz insanlar bu etimadı doğrultmurlar, gedib əhalidən müəyyən vəsait toplayıb, rüşvət alırlar. Bu, yolverilməz haldır. Çünki bizim kursumuz inkişaf kursudur. Ona görə də ölkə başçısı bu məsələdə dəfələrlə xəbərdarlıq edib. Prezident son olaraq yenə xəbərdarlıq etdi ki, məmurlar belə çirkin əməllərdən əl çəksinlər.
Məmurlar xalqın xidmətçisidir, gedib xalqa xidmət etsinlər, xalqdan bu və ya digər formada rüşvət yığmasınlar, kasıbın əlindən onun vəsaitini almasınlar, kasıbın yardımına “göz dikməsinlər”. Cənab Prezident bütün bunların hamısını ölkənin yeni baş prakuroru Kamran Əliyevi qəbul edərkən bildirdi. Bununla da baş prokurorunun qarşısına mühüm vəzifələr qoydu.
Ölkə başçısının islahatlarını vətəndaş cəmiyyəti olaraq qeyri - hökumət təşkilatı kimi neçə illərdir, dəstəkləyirik. Bundan sonra da vətəndaş cəmiyyəti şəffaflığının artırılması və ictimai nəzarətin gücləndirilməsi baxımından Respublika Baş Prokurorluğu ilə əməkdaşlıq edərək Prezidentimizin kursunu müdafiə edib bu islahataların başa çatması üçün çalışmalıyıq.
Eyni zamanda rüşvətsiz və korrupsiyasız Azərbaycan cəmiyyətinin qurulmasına öz töhfələrimizi verəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya