İslahatlar dəstəklənir: "Parlamentə başçıların qohumları yox, peşəkarlar gətirilməlidir”
Banuçiçək Kalbalıyeva
11:35 04.05.2020
Cəmiyyət
693
“Belə olan halda həmin peşəkar işçi daha çox maaş alar və məsuliyyəti, stimulu dəfələrlə artar”
Milli Məclisin dörd şöbəsi birləşdirilib. Bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Sərəncamla Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi birləşdirilib.
Həmçinin Sosial qanunvericilik və İqtisadi qanunvericilik şöbələri birləşdirilib.
Milli məclisdə aparılan bu islahatlar yaxın gələcəkdə hakimiyyətin üçüncü qolunda ciddi dəyişikliklərin olmasına əsas verir. Həmin islahatlar isə öz növbəsində bütün idarəçilik sisteminə təsir edəcək.
Bununla bağlı “Sherg.az”a fikir bildirən politoloq Elxan Şahinoğlu düşünür ki, atılan addımlar məqsədyönlüdür:
“Son seçkilərdən sonra Milli məclisdə ciddi islahatlar aparıldı. Belə də olmalı idi. Əvvəlki illərdə parlamentdə fəaliyyət göstərən lazımsız şöbələr artıq ləğv olunub. Çünki ixtisarlar və çevik işləmək günün tələbidir. Əgər 4 işçinin vəzifəsini bir əməkdaş həyata keçirə bilirsə, deməli, optimal qərar verib, kadr islahatları aparmaq şərtdir. Belə olan halda həmin peşəkar işçi daha çox maaş alar və məsuliyyəti, stimulu dəfələrlə artar”.
E. Şahinoğlunun fikrincə, millət vəkilləri də öz işlərinə diqqətlə yanaşmalıdırlar:
“Parlamentin funksiyası qanunlar verməkdir. Prezident də bir neçə dəfə millət vəkillərinə müraciət edərək onların qarşısında iki vəzifə qoyub: yeni çağırışlara uyğun qanunlar vermək və vətəndaşlarla daim əlaqədə olmaq. Deputatlar çox ciddi, məsuliyyətli davranmalıdırlar. Həm də parlamentdəki Analitika şöbəsində analitiklərdən ibarət xüsusi komanda yaradılmalıdır. Əks halda bu şöbənin heç bir əhəmiyyəti olmayacaq. Milli Məclisə icra başçılarının qohumları, kimlərinsə tanışları yox, bacarıqlı, gənc və peşəkar adamlar gətirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi təyin olundu
12:41 17.05.2026
Futbol
Kir Starmer istefa verəcəyini açıqlayacaq
12:39 17.05.2026
Dünya
Sağlam ürək üçün 8 ƏSAS TƏDBİR
12:35 17.05.2026
Sağlamlıq
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm