
İsrafçılıqla mübarizə ədalətli olmalıdır - RƏY
09:23 13.09.2025
Cəmiyyət
465
Yas ehsanına qarşı kampaniya aparılırsa, toy israfçılığına qarşı da aparılmalıdır
"Son vaxtlar yas mərasimlərində ehsan verilməsinin dayandırılması, yaxud minimuma endirilməsi ilə bağlı təbliğat aparılır. Əksəriyyət hesab edir ki, bu, doğru və yerində atılmış addımdır".
Bu sözləri Sherg.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi bildirib ki, insanlar ən acı günlərində yemək-içmək qayğısına köklənməməlidirlər:

"Yas məclisi sırf mənəvi anlam daşıyır. İnsan sevimlisini itirdiyi anda dərdinin ağırlığını bölüşməyə, kədərinə şərik olmağa ehtiyac duyur. Belə məqamda yas məclisinə qatılmaq, mərhumun ailəsinə onların yanında olduğunu göstərmək, mənəvi dayaq olmaq ən ümdə vəzifədir. Yasın mahiyyəti mərhumun ruhuna hörmət, onun xatirəsinə ehtiramdır. Bu baxımdan israfçılıq qəbir evinə yaraşmaz. Ona görə də bu təşəbbüs geniş şəkildə dəstəklənməlidir. Amma bir sual açıq qalır: yas məclisləri ilə bərabər niyə toyların ifrat dəbdəbəsinə qarşı eyni qətiyyət göstərilmir? Bu gün şadlıq saraylarında bir nəfərə düşən "kuvert"in (bir nəfər üçün nəzərdə tutulan masa xərci - red) qiyməti 100-300 manata qədər qalxıb. Toy edən ailə illərlə yığdığı pulu, bəzən də borcunu, bir gecədə restoran sahibinə ödəyir. Qonaq da, ev sahibi də faktiki olaraq həmin sarayın kassasını doldurur. Bu, cəmiyyətin cibinə yönəlmiş sistemli israfçılıqdır".
S.Əsədli vurğulayıb ki, "restoran mafiyası" illərdir ailələri qeyri-şəffaf qaydalarla, məcburi xərclərə sürükləyir:
"Məcburi menyular, vergidən kənar gizli ödənişlər, "öz musiqiçin olmaz", "öz fotoqrafın olmaz" kimi qadağalar və daha nələr... Bunlar hər ailənin üzərinə əlavə yükdür. Yas ehsanına qarşı kampaniya aparılırsa, toy israfçılığına qarşı da aparılmalıdır. Əks halda, insanlar haqlı olaraq düşünür ki, yas çadırı sadə adamın problemidir deyə qadağan olunur, amma şadlıq saraylarına toxunulmur. İsrafçılıqla mübarizə seçmə xarakter daşımamalıdır. Ədalətli olmalı, həm yas, həm də toylarla bağlı eyni yanaşma göstərilməlidir. Şəffaf qiymətlər, sərbəst xidmət seçimi, "kuvert"dən imtina, sadə və səmərəli toy mədəniyyətinin təşviqi, bunlar həm ailələri borcdan qoruyar, həm də cəmiyyətin mənəvi dəyərlərinə uyğun mühit yaradılar. Qısası, israfçılıq harada baş verirsə, orada dayandırılmalıdır. Əks halda, aparılan kampaniyalar yarımçıq və ədalətsiz görünəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya
Rusiyada yanacaq bazarında yeni araşdırmalar başlayıb
12:17 04.08.2026
Dünya