Kabab yanar dam üstündə, virus gəzər adam əlində
Şəymən Bayramova
08:20 09.06.2020
Cəmiyyət
653
Qaydalara əməl etməyən qaydasızlar sərt cəzalanmalıdır
Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəmov küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Binəqədi RPİ 6-cı PB əməkdaşları isə rayonun Qabil Süleymanov küçəsində yerləşən "Xəzri” yataqxanasının damında domino oynayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüb.
Hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.
Sözügedən qayda pozuntuları və vətəndaş məsuliyyətsizliyi ilə bağlı "Şərq"ə açıqlama verən "Altay" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Baramlının sözlərinə görə, dövlət tərəfindən qərar verilibsə, vətəndaşlar bu qərara hörmətlə yanaşmalı və qoyulmuş qaydalara riayət etməlidirlər:
"Virusun yayılmasının qarşısını almaq üçün bu, yeganə variantdır. Düşünürəm ki, uzunmüddətli sərt karantin qaydalarındansa, belə tədbirlər daha yaxşıdır. Yəni, iş yerlərini birdəfəlik dayandırmaq əvəzinə bizdən tələb olunan şəxsi gigiyena, fiziki məsafə qaydalarına riayət etməklə koronavirusa qarşı mübarizə aparmaq daha effektiv variantdır. İki gün evdə oturmaq elə də ciddi problem deyil. Əgər bu gün bunu etməsək, yoluxma sayı kəskin artacaq və dövlət yenidən sərt karantin rejiminə qayıtmaq haqda qərar verməyə məcbur olacaq".
E.Bayramlının müşahidələrinə əsasən vətəndaşların 90 faizindən çoxu bu tədbirlərin mahiyyətini başa düşdü və qaydaları pozmadı. Ekspert hesab edir ki, həftə sonu hərəkətin tam məhdudlaşdırılması ilə bağlı qaydaları pozan vətəndaşlar birmənalı olaraq cəzalandırılmalıdır:
"Qayda varsa, bu hamıya aiddir. Mən də hamı kimi iki gün evdə oldum. Bu müddət ərzində vaxtımı dəyərləndirib maraqlı kitablar oxudum, kinolara baxdım və s. Demək ki, evdə qalmaq heç də faciəvi hal deyil. Faciə yoluxmanın sürətlə artması və bütün əhalinin xəstələnməsidir ki, bunun öhdəsindən dünyanın heç bir dövləti gələ bilməz. Virusun yayılmasının qarşısını almağın konkret yolları və metodları var. Bütün dövlətlər kimi bizim dövlət də bu metodlardan istifadə edir. Bir az səbrli və dözümlü olmaq lazımdır. Bu, müvəqqəti problemdir. Bundan ağır vəziyyətlər də var. Hesab edirəm ki, bu virusla mübarizədə hər şey əhalidən asılıdır. Biz əvvəl bir suala cavab verməliyik - bu pandemiyanın başa çatmasını istəyirikmi? İstəyiriksə qoyulmuş qaydalara riayət etməliyik. Bunun başqa yolu yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə